Əl-İsra surəsi · 72-ci ayə

(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Dünyada qəlbikor və azğın olan hər kəs axirətdə də kor və azğın olacaq.”
Nöqtələr
Qiyamətdə ağzı möhürlənmiş lallarla yanaşı səhnəyə korlar da gətirilər. Onların korluğunun kökü dünyada qəlbikor olmalarıdır.
Rəvayətdə deyilir ki, həcc vacib olduğu halda həccə getməyən və ya Quran oxuyub ona əməl etməyən kəs qiyamət səhnəsinə kor gətirilər.(Bax: "İsra”, 97 )
Qəlbikorluq gözükorluqdan da pisdir. Həzrət Əli (ə) buyurur: "Ən pis korluq qəlbikorluqdur.” Həzrət başqa bir məqamda buyurur: "Bizim fəzilətlərimizi görməyə gözü olmayan kəs ən pis və şiddətli kordur.”("Tövhidi-Səduq”, s. 455 )
Qiyamətdə korluq məsələsinə digər ayələrdə də toxunulmuşdur.("Təfsiri-Əl-Mizan” ) "Taha” surəsinin 125-ci ayəsində dünyada qəlbikorluq, ilahi ayələrin unudulması və haqdan üz döndərmək qiyamət korluğunun səbəbləri kimi göstərilir.
Sual: Ayələrdə günahkara "kitabını (əməl naməni) oxu” deyə müraciət olunar. Məgər bu qiyamət korluğu məsələsinə zidd deyilmi?
Cavab: Korluq qiyamətin bir dayanacağına aiddir. İnsan digər dayanacaqlarda görür, dünyada tanımadığı həqiqətləri aşkar müşahidə edir.
İmam Baqir (ə) buyurur: "Varlıq aləminin müşahidəsindən mənəvi bəhrə götürməyən kəs görmədiyi axirətə münasibətdə qəlbikordur.”(Bax: "Bəqərə”, 120 )
Bildirişlər
1. İnsanın axirət şəxsiyyəti onun dünya şəxsiyyətinin təcəssümüdür. Dünyadakı bəsirət axirətdə bəsirətlə nəticələnir. Dünyadakı korluq axirət korluğu ilə sonuclanır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 72-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 72-ci ayəsi nə haqqındadır?
(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır.
Əl-İsra surəsi 72-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 72-ci ayənin təfsiri nədir?
"Dünyada qəlbikor və azğın olan hər kəs axirətdə də kor və azğın olacaq.”NöqtələrQiyamətdə ağzı möhürlənmiş lallarla yanaşı səhnəyə korlar da gətirilər. Onların korluğunun kökü dünyada qəlbikor olmalarıdır.Rəvayətdə deyilir ki, həcc vacib olduğu halda həccə getməyən və ya Quran oxuyub ona əməl etməyən kəs qiyamət səhnəsinə kor gətirilər.(Bax: "İsra”, 97 )Qəlbikorluq gözükorluqdan da pisdir. Həzrət Əli (ə) buyurur: "Ən pis korluq qəlbikorluqdur.” Həzrət başqa bir məqamda buyurur: "Bizim fəzilətlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.