Əl-İsra surəsi · 66-cı ayə

Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Sizin Rəbbiniz öz səyinizlə Onun fəzl və rəhmətindən bəhrələnmək üçün gəmiləri dəryada hərəkətə gətirən kəsdir. Əlbəttə, O sizə daim mehribandır.”
Nöqtələr
Dəniz yolları ucuzluq, həmişəlik, ümumilik baxımından sərnişin və yüklərin daşınmasında mühüm rola malikdir. Yük və müsafir daşınmasında, balıqçılıqda gəmiçiliyin böyük faydaları var. Dəniz oksigen, buxar, bulud və yağışın yaranmasında, balıqçılıqda, qidalanmada, nəbatat və heyvanat aləminin əlvanlığında xüsusi rola malikdir. "Coşən kəbir” duasında dənizin qəribəliklərinə işarə olunur.
Bildirişlər
1. İnsanın maddi ehtiyaclarının təmini ümumi təminatda ilahi qüdrət nişanəsidir.
2. İmkan və fəzl Allahdan, iş və səy isə bizdəndir.
3. Dənizdən əldə etdiyimiz nemətlər Allahın fəzlidir.
4. Allahın rübubiyyəti Onun daimi rəhməti ilə müşayiət olunur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 66-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 66-cı ayəsi nə haqqındadır?
Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.
Əl-İsra surəsi 66-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 66-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 66-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 66-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 66-cı ayənin təfsiri nədir?
"Sizin Rəbbiniz öz səyinizlə Onun fəzl və rəhmətindən bəhrələnmək üçün gəmiləri dəryada hərəkətə gətirən kəsdir. Əlbəttə, O sizə daim mehribandır.”NöqtələrDəniz yolları ucuzluq, həmişəlik, ümumilik baxımından sərnişin və yüklərin daşınmasında mühüm rola malikdir. Yük və müsafir daşınmasında, balıqçılıqda gəmiçiliyin böyük faydaları var. Dəniz oksigen, buxar, bulud və yağışın yaranmasında, balıqçılıqda, qidalanmada, nəbatat və heyvanat aləminin əlvanlığında xüsusi rola malikdir. "Coşən kəbir” dua...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.