Əl-İsra surəsi · 62-ci ayə

(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 62
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"İblis dedi: "De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.”
Nöqtələr
"Ərəəytə” sözü "mənə xəbər ver” mənasını, "Əhtənikənnə” isə "hənək” sözündən olub heyvanı çəkmək üçün onun boynuna atılan ipi bildirir. "İhtinak” sözü kökdən qoparmaq və tam hakim olmaq mənasını verir.("Bihar”, c. 101, s. 136 )
Bildirişlər
1. Özünəpərəstiş insanı Allah qarşısında tüğyana sövq edir.
2. Var-dövlət və məqama əsir olmamaq ən çətin imtahanlardandır. (Böyük şəxsiyyətlər bildirirlər ki, insanın özünütərbiyəsində qurtulmalı son şey cah-cəlal və məqamdır.)
3. İblis həm qiyamətdən xəbərdar idi, həm də qiyamətin bərpasına inanırdı.
4. Həsəd tədricən kin-küdurətə və başqalarına qarşı müxalifliyə çevrilir.
5. Bir qisim həsəd və kin-küdurət gələcək nəsilləri də əhatə edir.
6. İnsan şeytani vəsvəsələr qarşısında azad buraxılıb və onun seçim imkanı var.
7. İnsanların bəziləri İblisin əsarətindən amandadırlar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 62-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 62-ci ayəsi nə haqqındadır?
(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»
Əl-İsra surəsi 62-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 62-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 62-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 62-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 62-ci ayənin təfsiri nədir?
"İblis dedi: "De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.”Nöqtələr"Ərəəytə” sözü "mənə xəbər ver” mənasını, "Əhtənikənnə” isə "hənək” sözündən olub heyvanı çəkmək üçün onun boynuna atılan ipi bildirir. "İhtinak” sözü kökdən qoparmaq və tam hakim olmaq mənasını verir.("Bihar”, c. 101, s. 136 )Bildirişlər1. Özünəpərəstiş insanı Allah qarşısında tüğyana sövq edir.2. Var-döv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.