Əl-İsra surəsi · 61-ci ayə

Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Xatırla, bir vaxt mələklərə dedik: "Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: "Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!”
Nöqtələr
Quranda mələklərin səcdəsinə və İblisin səcdədən boyun qaçırmasına dəfələrlə işarə olunmuşdur.
İblis cin tayfasındandır(Bax: "İsra”, 64)Onun qoşunu var.(Bax: "Əraf”, 12 ) Onun qoşunu süvari və piyadalardan ibarətdir.(Bax: "Hicr”, 29 ) Onun azğınlığının, səcdə etməməsinin səbəbi torpaqla odu müqayisə etməsi oldu.(Müfrədati-Rağib” )
Bildirişlər
1. Allahın əmri əsasında Allahdan qeyrisinə səcdənin eybi yoxdur.
2. İnsan mövcudlar çələnginin çiçəyidir. Məsum mələklər də onun qarşısında səcdə etdilər.
3. Mələklər Allahın əmrinə təslimdir.
4. Xəyali üstünlüklərə etiqad şeytanın işidir. Çünki şeytan öz növünün üstünlüyünü iddia edirdi.
5. Allahın hikmətinə, ədalətinə və əmrinə etiraz səcdə etməməkdən də pisdir.
6. İblis ölçü aparan və azad buraxılmış bir mövcuddur.
7. Allahın əmri qarşısında ictihad (araşdırma aparmaq) qadağandır. (İblis Allahın hökmünə münasibətdə ictihad etdi.)
8. Bəzən günahın kökü özünəvurğunluq olur.
9. İblisin həsədi onun gözünü bağladı, o, insandakı ilahi ruhu yox, torpaq bədəni gördü.("Təfsiri-Nurus-Səqəleyn” )
10. İblisə elə gəlir ki, dəyərləndirmə meyarı maddi səciyyələrdir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 61-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 61-ci ayəsi nə haqqındadır?
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
Əl-İsra surəsi 61-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 61-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 61-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 61-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 61-ci ayənin təfsiri nədir?
"Xatırla, bir vaxt mələklərə dedik: "Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: "Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!”NöqtələrQuranda mələklərin səcdəsinə və İblisin səcdədən boyun qaçırmasına dəfələrlə işarə olunmuşdur.İblis cin tayfasındandır(Bax: "İsra”, 64)Onun qoşunu var.(Bax: "Əraf”, 12 ) Onun qoşunu süvari və piyadalardan ibarətdir.(Bax: "Hicr”, 29 ) Onun azğınlığının, səcdə etməməsinin səbəbi torpaqla odu müqayisə etməsi oldu.(Müfrədati-Rağib”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.