Əl-İsra surəsi · 6-cı ayə

Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Sonra savaşı sizin xeyrinizə və onların əleyhinə döndərərik, sizə var-dövlət və övladlarla yardım göstərərik, sayınızı artırarıq.”
Nöqtələr
Ayənin zahirindən belə anlaşılır ki, Allah Bəni-İsrailin fəsadından və məğlubiyyətindən sonra onlara yenidən sərmayə və övlad verdi. Amma ötən ayədə adı çəkilənlər də nəzərdə tutula bilər. Yəni cəngavər bəndələrə iki lütf olunar: Bəni-İsrail təcavüzkarlarının tar-mar edilməsi və onların qüdrət və hakimiyyətə çatdırılması.
Bildirişlər
1. Möhlət vermək, yenidən sərmayə və övlad əta etməklə imtahana çəkmək ilahi sünnələrdəndir.
2. Sərmayə və canlı qüvvə qüdrət və hakimiyyət vasitəsidir.
3. İlahi lütf həm tövbə etmiş günahkarlara, həm də cəzalandırılmış günahkarlara aid ola bilər.
4. Cəmiyyətin çoxluğu ilahi nemətlərdəndir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 6-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 6-cı ayəsi nə haqqındadır?
Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.
Əl-İsra surəsi 6-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 6-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 6-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 6-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 6-cı ayənin təfsiri nədir?
"Sonra savaşı sizin xeyrinizə və onların əleyhinə döndərərik, sizə var-dövlət və övladlarla yardım göstərərik, sayınızı artırarıq.”NöqtələrAyənin zahirindən belə anlaşılır ki, Allah Bəni-İsrailin fəsadından və məğlubiyyətindən sonra onlara yenidən sərmayə və övlad verdi. Amma ötən ayədə adı çəkilənlər də nəzərdə tutula bilər. Yəni cəngavər bəndələrə iki lütf olunar: Bəni-İsrail təcavüzkarlarının tar-mar edilməsi və onların qüdrət və hakimiyyətə çatdırılması.Bildirişlər1. Möhlət vermək, yenidən s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.