Əl-İsra surəsi · 53-cü ayə

Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Bəndələrimə de ki, gözəl söz danışsınlar. Çünki şeytan (ölçüsüz sözlərlə) onların arasında fitnə-fəsad salır. Həqiqətən, şeytan insan üçün daim aşkar düşmən olub.”
Nöqtələr
Allah ən üstün varlıqları yaradandır.("Bihar”, c. 28, s. 206; c. 50, s. 192 ) O, bizlərdən üstün olanları üstün əmələ, üstün sözə, üstün dəvətin qəbuluna çağırır.(Bax: "Ənfal”, 43 )
Belə görünür ki, kafirlərin rəftar üsulu, acı sözləri ilə, eləcə də qarşı tərəfə eyni tərzdə cavab verilməsi ilə bağlı müsəlmanların sualları olmuşdur. Ayə "qul” ("de”) əmri ilə onlara cavab verir. Çünki bəzən bütlərə ünvanlanmış pis söz Allahın ünvanına kafirlərin pis söz deməsi ilə nəticələnirdi.
"Gözəl söz” dedikdə istənilən bir bəyənilmiş söz nəzərdə tutula bilər. Salam, dua, doğru yola dəvət, məhəbbətin izharı, yaxşılığa əmr, pisliyə qadağa, Allah zikri, tövbə və yalvarış gözəl sözə nümunə ola bilər.
Bildirişlər
1. Gözəl sözə gözəl danışıqla dəvət etmək lazımdır.
2. Yaxşı danışıq məhəbbət, pis danışıq müxtəlif şeytani vəsvəsələr üçün zəmindir. Bəli, gözəl söz vəsvəsə zəminini aradan qaldırır.
3. Başqaları ilə xoş rəftar bəndəlik şərtidir.
4. Xalq arasında düşmənçilik toxumu səpmək şeytan işidir. Bu sayaq düşmənçilik yaradan insan şeytanın həmkarıdır.
5. Şeytan daim insanın düşməni olmuş, öz düşmənçiliyindən bir an belə əl çəkməmişdir.
6. Şeytan öz fitnə-fəsadında və insanla düşmənçiliyində çox ciddidir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 53-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 53-cü ayəsi nə haqqındadır?
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
Əl-İsra surəsi 53-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 53-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 53-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 53-cü ayənin təfsiri nədir?
"Bəndələrimə de ki, gözəl söz danışsınlar. Çünki şeytan (ölçüsüz sözlərlə) onların arasında fitnə-fəsad salır. Həqiqətən, şeytan insan üçün daim aşkar düşmən olub.”NöqtələrAllah ən üstün varlıqları yaradandır.("Bihar”, c. 28, s. 206; c. 50, s. 192 ) O, bizlərdən üstün olanları üstün əmələ, üstün sözə, üstün dəvətin qəbuluna çağırır.(Bax: "Ənfal”, 43 )Belə görünür ki, kafirlərin rəftar üsulu, acı sözləri ilə, eləcə də qarşı tərəfə eyni tərzdə cavab verilməsi ilə bağlı müsəlmanların sualları ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.