Əl-İsra surəsi · 52-ci ayə

O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"(Hesab üçün qəbirlərdən) çağırılacağınız gün siz həmd-səna deyən halda cavab verər və düşünərsiniz ki, qısa bir müddət yubanmısınız.
Bildirişlər
1. Qiyaməti yaddan çıxarmayın.
2. Qiyamət bütün insanların ümumi çağırış günüdür.
3. Qiyamət zamanı bütün ölülər həmd-səna deyər. (Amma bunun kafirlərə faydası yoxdur.)
4. Qiyamətlə müqayisədə dünya və bərzəx həyatının uzunluğu çox azdır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 52-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 52-ci ayəsi nə haqqındadır?
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)...
Əl-İsra surəsi 52-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 52-ci ayənin təfsiri nədir?
"(Hesab üçün qəbirlərdən) çağırılacağınız gün siz həmd-səna deyən halda cavab verər və düşünərsiniz ki, qısa bir müddət yubanmısınız.Bildirişlər1. Qiyaməti yaddan çıxarmayın.2. Qiyamət bütün insanların ümumi çağırış günüdür.3. Qiyamət zamanı bütün ölülər həmd-səna deyər. (Amma bunun kafirlərə faydası yoxdur.)4. Qiyamətlə müqayisədə dünya və bərzəx həyatının uzunluğu çox azdır.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.