Əl-İsra surəsi · 5-ci ayə

Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"İlk fitnə vədi yetişdiyi vaxt qüvvəli və cəngavər qullarımızdan bir dəstəsini (sizi yerinizdə oturtmaq üçün) ayağa qaldırarıq. Evlərinizin içini axtararlar (ki, fitnəkarları tapıb cəzalandırsınlar). Bu, qəti bir vəddir.”
Nöqtələr
Quran Bəni-İsraildən olan fəsadçıların kimin tərəfindən məhv ediləcəyini bildirmir. Amma təfsirlərdə qeyd olunur ki, nəzərdə tutulan Buxtun-Nəsr, Talut, Rum padşahı, Hitler və başqalarıdır. Amma bu açıqlamalar qiyamət və peyğəmbərlərin besətinə münasibətdə işlədilmiş "bəəsna” ("ayağa qaldırarıq”) müqəddəs sözünə uyğun gəlmir. Ola bilsin ki, nəzərdə tutulan məsələ gələcəyə aiddir.
Bildirişlər
1. Tüğyançı təkəbbürlülərin məhvi ilahi sünnələrdəndir.
2. İlahi vədlərin gerçəkləşməsi cihad vədinin öhdədən götürülməsi mənasında deyil.
3. Cihad və zalım qüvvələrlə mübarizə təkcə İslama aid deyil.
4. Əl üstə çox əl var. Bəni-İsrail tüğyan qopardı, Allah da onlardan üstününü onlara hakim etdi.
5. Fitnəkarları öz yerində oturtmaq üçün güc hazırlığı, hətta ev-ev gəzmək bahasına onların rahatlığını əlindən almaq yaxşı bir işdir.
6. Səmavi vədlər hökmən yerinə yetəsidir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 5-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 5-ci ayəsi nə haqqındadır?
Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.
Əl-İsra surəsi 5-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 5-ci ayənin təfsiri nədir?
"İlk fitnə vədi yetişdiyi vaxt qüvvəli və cəngavər qullarımızdan bir dəstəsini (sizi yerinizdə oturtmaq üçün) ayağa qaldırarıq. Evlərinizin içini axtararlar (ki, fitnəkarları tapıb cəzalandırsınlar). Bu, qəti bir vəddir.”NöqtələrQuran Bəni-İsraildən olan fəsadçıların kimin tərəfindən məhv ediləcəyini bildirmir. Amma təfsirlərdə qeyd olunur ki, nəzərdə tutulan Buxtun-Nəsr, Talut, Rum padşahı, Hitler və başqalarıdır. Amma bu açıqlamalar qiyamət və peyğəmbərlərin besətinə münasibətdə işlədilmiş "bə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.