Əl-İsra surəsi · 47-ci ayə

Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Bir-birləri ilə pıçıldaşıb, "siz yalnız ovsunlanmış birinə tabe olursunuz” deyən zaman onların səni nə üçün dinlədiklərini Biz daha yaxşı bilirik.”
Nöqtələr
Təfsirlərdə bildirilir ki, küfr başçıları bir-birindən xəbərsiz məxfi şəkildə Peyğəmbərin (s) evinin ətrafına toplanıb Quranı dinləyir və sonra təhlil edirdilər. Bəzən qaranlıqda bir-birləri ilə toqquşur və qarşı tərəfi məzəmmət edirdilər ki, əgər biz Məhəmmədin avazından uzaq dayana bilmiriksə, xalq nə etsin!
Bu ayədə Peyğəmbərə (s) təsəlli verilir ki, kafirlərin hörmətsizliyi onu pərişan etməsin. Çünki Allaha hər şey aydındır.
Bildirişlər
1. Allah xalqın məqsədlərindən xəbərdardır.
2. İnsan pis niyyətlə də dinləyə bilər.
3. Həqiqi təbliğatçı xalqın böhtanlarına görə geri çəkilməməlidir. O, Allahın nəzəri altında olduğunu düşünüb təsəlli tapmalıdır.
4. Düşmənlər xalqın ilahi rəhbərlərə meylini gördüklərindən onlara böhtan və yalanla zərbə vururlar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 47-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 47-ci ayəsi nə haqqındadır?
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.
Əl-İsra surəsi 47-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 47-ci ayənin təfsiri nədir?
"Bir-birləri ilə pıçıldaşıb, "siz yalnız ovsunlanmış birinə tabe olursunuz” deyən zaman onların səni nə üçün dinlədiklərini Biz daha yaxşı bilirik.”NöqtələrTəfsirlərdə bildirilir ki, küfr başçıları bir-birindən xəbərsiz məxfi şəkildə Peyğəmbərin (s) evinin ətrafına toplanıb Quranı dinləyir və sonra təhlil edirdilər. Bəzən qaranlıqda bir-birləri ilə toqquşur və qarşı tərəfi məzəmmət edirdilər ki, əgər biz Məhəmmədin avazından uzaq dayana bilmiriksə, xalq nə etsin!Bu ayədə Peyğəmbərə (s) təsəlli v...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.