Əl-İsra surəsi · 46-cı ayə

Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Qur’anı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Qur’anda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Onların (kafirlərin) qəlbində örtük, qulaqlarında ağırlıq qoyduq ki, onu (Quranı) anlamasınlar. Çünki sən Quranda Rəbbini yeganəliklə yad etdiyin vaxt onlar baş götürüb gedirlər.”
Nöqtələr
"Əkinnə” dedikdə örtük vasitəsi başa düşülür. "Vəqr” isə qulaqda ağırlıq mənasını bildirir. Bu təbirlərin oxşarı digər ayələrdə də bəyan olunmuşdur.(Bax: "Zumər”, 45)
Tövhid mövzusu Quranda min dəfədən çox xatırlanır.(Bax: "Muddəssir”, 50 ) Amma təəssüf ki, qəlbikorlar tövhid ayələrini eşitməkdən və bu ayələrdən bəhrələnməkdən məhrumdurlar. Şirkamiz pis sözlər isə onları xoşhal edir.("Müfrədati-Rağib” )
Bu gün də tövhid, təkallahçılıq söhbəti düşəndə bəziləri nifrətlə qulaq asırlar. Onlar üçün şərqlilər və qərblilərdən danışmaq daha cazibəlidir.
Quran haqdan qaçan bu sayaq dəstələri şirdən qaçan ulağa bənzədir.(Bax: "Səcdə”, 7; "Qafir”, 64; "Tin”, 4 )
Bildirişlər
1. Qapalı ruh, ölü qəlb həqiqi Quran maarifini qəbul etmir.
2. Sadəcə eşitmək dərin dinləmə və eşidilənlərdən zövq duymaqdan fərqli bir işdir.
3. Mənəviyyat məsələlərinin dərkindən məhrumluq bir növ ilahi qəhr-qəzəbdir.
4. Allahdan qeyrisinə üz tutmaq küfr, həm Allah, həm də Allahdan qeyrisinə üz tutmaq şirk; yalnız vahid Allaha üz tutmaq tövhiddir.
5. Müşriklər üçün ən çətin məsələ rübubiyyət (tərbiyə) prinsipində tövhiddir. (Tərbiyəçinin bir Allah olmasıdır.)

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 46-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 46-cı ayəsi nə haqqındadır?
Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Qur’anı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Qur’anda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.
Əl-İsra surəsi 46-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 46-cı ayənin təfsiri nədir?
"Onların (kafirlərin) qəlbində örtük, qulaqlarında ağırlıq qoyduq ki, onu (Quranı) anlamasınlar. Çünki sən Quranda Rəbbini yeganəliklə yad etdiyin vaxt onlar baş götürüb gedirlər.”Nöqtələr"Əkinnə” dedikdə örtük vasitəsi başa düşülür. "Vəqr” isə qulaqda ağırlıq mənasını bildirir. Bu təbirlərin oxşarı digər ayələrdə də bəyan olunmuşdur.(Bax: "Zumər”, 45)Tövhid mövzusu Quranda min dəfədən çox xatırlanır.(Bax: "Muddəssir”, 50 ) Amma təəssüf ki, qəlbikorlar tövhid ayələrini eşitməkdən və bu ayəl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.