Əl-İsra surəsi · 41-ci ayə

Həqiqətən Biz bu Qur’anda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Şübhəsiz, Biz bu Quranda (həqiqəti müxtəlif ifadələrlə) təkrar-təkrar bəyan etdik ki, öyüd götürsünlər. Amma bu, onların nifrətini artırdı.”
Nöqtələr
"Sərrəfna” dedikdə mövzunu aydınlaşdırmaq üçün müxtəlif bəyanlar və təkrarlar nəzərdə tutulur.
İnsan istər təbiətdə, istər ilahi kitabda fitrətən rəngarənglik axtarışındadır. Qurandakı təkrarların və rəngarəngliyin səbəbi məhz bu meyldir.
Pak yağış üfunətli leşin pis qoxusunu apardığı kimi, ilahi ayələr də təkəbbür və inadkarlıq dolu qəlbin tərsliyini artırır.
Bildirişlər
1. Məsələlər rəngarəng və cazibəli şəkildə təkrarlanmalıdır. Çünki yeknəsəqlik insanı yorur.
2. İnsan daim xatırlatmaya ehtiyaclıdır. Xəbərdarlıq hər dəfə təkrarlandıqda hansısa qrup cəzb ola bilər.
3. Quran ayələrinin təkrarında məqsəd xatırlatma və nəsihətdir.
4. Təkrar dostları cəlb edir, inadkarlarda nifrət yaradır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 41-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 41-ci ayəsi nə haqqındadır?
Həqiqətən Biz bu Qur’anda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.
Əl-İsra surəsi 41-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 41-ci ayənin təfsiri nədir?
"Şübhəsiz, Biz bu Quranda (həqiqəti müxtəlif ifadələrlə) təkrar-təkrar bəyan etdik ki, öyüd götürsünlər. Amma bu, onların nifrətini artırdı.”Nöqtələr"Sərrəfna” dedikdə mövzunu aydınlaşdırmaq üçün müxtəlif bəyanlar və təkrarlar nəzərdə tutulur.İnsan istər təbiətdə, istər ilahi kitabda fitrətən rəngarənglik axtarışındadır. Qurandakı təkrarların və rəngarəngliyin səbəbi məhz bu meyldir.Pak yağış üfunətli leşin pis qoxusunu apardığı kimi, ilahi ayələr də təkəbbür və inadkarlıq dolu qəlbin tərsliyini...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.