Əl-İsra surəsi · 40-cu ayə

Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"(Yoxsa güman edirsiniz ki,) Rəbbiniz sizi oğlan övladlarla seçib, Özü üçün mələklərdən qızlar götürüb? Həqiqətən, siz böyük (böhtan) danışırsınız.”
Nöqtələr
Müşriklərin əqidələrindən biri də bu idi ki, mələkləri Allahın qızları sayırdılar. Quran dəfələrlə bu məsələyə toxunur və deyilənləri böyük böhtan sayır.(Bax: "Bəqərə”, 74 )
Əlbəttə, Allahın övladı olmasına inam yəhudilər və məsihilər arasında da mövcuddur. Allahın qızları olması fikri isə bütpərəstlərə məxsusdur.
Bildirişlər
1. Oğlan övladın qız övladdan üstünlüyü yanlış düşüncədir.
2. Allahın rübubiyyəti müşriklərə də şamildir.
3. Allahın övladı olması fikri əsassızdır və məhkum olunur.
4. Mələkləri Allahın qızı bilmək səhv təsəvvürdür.
5. İnsan özünə rəva bilmədiyini başqasına rəva bilməməlidir. Belə bir sifəti Allaha aid etmək isə daha dəhşətlidir!

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 40-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 40-cu ayəsi nə haqqındadır?
Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.
Əl-İsra surəsi 40-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 40-cu ayənin təfsiri nədir?
"(Yoxsa güman edirsiniz ki,) Rəbbiniz sizi oğlan övladlarla seçib, Özü üçün mələklərdən qızlar götürüb? Həqiqətən, siz böyük (böhtan) danışırsınız.”NöqtələrMüşriklərin əqidələrindən biri də bu idi ki, mələkləri Allahın qızları sayırdılar. Quran dəfələrlə bu məsələyə toxunur və deyilənləri böyük böhtan sayır.(Bax: "Bəqərə”, 74 )Əlbəttə, Allahın övladı olmasına inam yəhudilər və məsihilər arasında da mövcuddur. Allahın qızları olması fikri isə bütpərəstlərə məxsusdur.Bildirişlər1. Oğlan övladın qı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.