Əl-İsra surəsi · 4-cü ayə

Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.”
Nöqtələr
Ola bilsin ki, «Bəni-İsrailin iki dəfə fəsadı» dedikdə, öncə Şəyanın şəhadəti və aramilərin müxalifəti, sonra Zəkəriyya və Yəhyanın qətlə yetirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, digər macəralar da ehtimal olunur və sonrakı ayələrdə buna işarə olunmuşdur.
Behişt istənilən şəkildə böyükyanalıq və təkəbbürdən uzaq insanlara məxsusdur. Özünü başqalarından böyük və üstün bilənlərə behiştdə yer yoxdur. ("Rəd”, 6 )
Bildirişlər
1. Səmavi kitablar gələcəkdən də xəbər vermişdir.
2. Yəhudi qövmünün keçmişi Tövratda da qeyd olunmuşdur.
3. Fəsadın insan həyatına, mədəniyyətə, iqtisadiyyata, hərbi işlərə və siyasətə aid növləri var.
4. Üstünlük istəyi və yer üzündə fəsad dünyapərəstlərin xislətlərindəndir.
5. Təkəbbür üzərində qurulmuş və təkrarlanan fəsad daha təhlükəlidir.
6. Bəzən müstəzəflər (zəif düşmüşlər) də təkəbbürə uğrayırlar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 4-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 4-cü ayəsi nə haqqındadır?
Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.
Əl-İsra surəsi 4-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 4-cü ayənin təfsiri nədir?
"Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.”NöqtələrOla bilsin ki, «Bəni-İsrailin iki dəfə fəsadı» dedikdə, öncə Şəyanın şəhadəti və aramilərin müxalifəti, sonra Zəkəriyya və Yəhyanın qətlə yetirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, digər macəralar da ehtimal olunur və sonrakı ayələrdə buna işarə olunmuşdur.Behişt istənilən şəkildə böyükyanalıq və təkəbbürdən uzaq insanlara məxsusdur. Özünü başqalarında...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.