Əl-İsra surəsi · 38-ci ayə

Bunların (sadalanan bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.”
Nöqtələr
Etiqadi, siyasi, hərbi və iqtisadi sahələrlə yanaşı evdən bayıra get-gəl kimi xırda məsələlərlə bağlı göstəriş verməsi İslamın hərtərəfli bir din olmasını göstərir. Məsələn:
a) Yol gedərkən orta həddi gözlə(Bax: "Qəsəs”, 79 )
b) Təkəbbür və lovğalıqla yerimə.
v) Yer üzündə aram və təkəbbürsüz hərəkət edənlər Allahın bəndələridir.("Nəhcül-bəlağə”, x. 193)
q) Küçə və bazardan təkəbbür və dəbdəbə ilə keçən varlı Qarun tənqid olunur.(Bax: "Tur”, 39; "Nəcm”, 21 )
Peyğəmbər (s) hətta Məkkənin fəthi günü palansız bir ulağa süvar olmuşdu. İmam Həsən Müctəbanın (ə) çoxsaylı minikləri olduğu halda Məkkəyə piyada gedirdi. Bütün bunlar din övliyalarının təvazökarlığını göstərir. Həzrət Əli (ə) təvazökarlıqla yol getməyi müttəqilərin sifəti sayır.(Bax: "Fussilət”, 21 )
Bildirişlər
1. Hətta təkəbbürlə yol yerimək Quran tərəfindən məzəmmət olunur.
2. Təkəbbürü aradan götürmək üçün zəiflərin və acizlərin halını nəzərə almaq lazımdır.
3. İç sifətlər insanın rəftarlarına təsir göstərir.
4. Bütün ilahi dinlərdə çirkin əməllər pislənilmişdir.
5. Allahın əmrləri insanın inkişaf və tərbiyəsinə yönəldilmişdir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 38-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 38-ci ayəsi nə haqqındadır?
Bunların (sadalanan bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).
Əl-İsra surəsi 38-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 38-ci ayənin təfsiri nədir?
"Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.”NöqtələrEtiqadi, siyasi, hərbi və iqtisadi sahələrlə yanaşı evdən bayıra get-gəl kimi xırda məsələlərlə bağlı göstəriş verməsi İslamın hərtərəfli bir din olmasını göstərir. Məsələn:a) Yol gedərkən orta həddi gözlə(Bax: "Qəsəs”, 79 )b) Təkəbbür və lovğalıqla yerimə.v) Yer üzündə aram və təkəbbürsüz hərəkət edənlər Allahın bəndələridir.("Nəhcül-bəlağə”, x. 193)q) Küçə və bazardan təkəbbür və dəbdəbə ilə keçən varlı Qarun tənqid olunur.(Bax: ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.