Əl-İsra surəsi · 30-cu ayə

Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.”
Nöqtələr
Quranda ruzi haqqında ətraflı danışılmışdır. Həmin ayədəki müəyyən nöqtələrə nəzər salaq:
a) Hər bir canlının ruzisi Allahın öhdəsinədir.(Bax: "Şura”, 27 )
b) Ruzi mənbəyi səmadadır.(Bax: "Ənkəbut”, 17 )
v) Hamının gen-bol ruzisi olsa, fəsad artar.(Bax: "Təlaq”, 2 )
q) İnsan çalışmalı, ruzi dalınca getməlidir.("Nəhcül-bəlağə”, x. 91 )
d) Təqva ruzinin artım amillərindəndir.(Təfsiri-fi-zilalil-Quran”; "Təfsiri-Furqan)
Həzrət Əli (ə) buyurur: "Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər.”(Bax: "Furqan”, 68; "Mumtəhinə”, 12 )
Bildirişlər
1. Ruzinin az-çoxluğu Allahın əlindədir.
2. Ruzinin çoxluğu və ya azlığı insanların tərbiyəsinə yönəldilmiş rübubiyyət şənindəndir.
3. Allahın istəkləri Onun bəsirət və agahlığına əsaslanır.
4. Fəqirlikdən qorxub əlinizi sıxmayın. Eyni zamanda, başqalarını yoxsulluqdan qurtarmaq üçün bütün var-yoxunuzdan keçməyin. Ruzi Allahın əlindədir, bəzilərinin yoxsulluğunda hikmət var.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 30-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 30-cu ayəsi nə haqqındadır?
Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).
Əl-İsra surəsi 30-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 30-cu ayənin təfsiri nədir?
"Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.”NöqtələrQuranda ruzi haqqında ətraflı danışılmışdır. Həmin ayədəki müəyyən nöqtələrə nəzər salaq:a) Hər bir canlının ruzisi Allahın öhdəsinədir.(Bax: "Şura”, 27 )b) Ruzi mənbəyi səmadadır.(Bax: "Ənkəbut”, 17 )v) Hamının gen-bol ruzisi olsa, fəsad artar.(Bax: "Təlaq”, 2 )q) İnsan çalışmalı, ruzi dalınca getməlidir.("Nəhcül-bəlağə”, x. 91 )d) Təqva ruzinin artım amillər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.