Əl-İsra surəsi · 25-ci ayə

Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Rəbbiniz içinizdə olanları hamıdan yaxşı bilir. Əgər saleh olsanız, şübhəsiz, O, tövbə edənləri bağışlayandır.”
Bildirişlər
1. Agahlıq Allahın rübubiyyət şənindəndir.
2. Bütün işlərdə və valideynə xidmətdə niyyətlərimiz Allaha bəllidir.
3. Səlahiyyət qəlbə, iç məqsədlərə aiddir.
4. Qəlb və batin saf və saleh olan yerdə tövbə qapısı açıqdır.
5. Ardıcıl yalvarış, ah-nalə ilə tövbə edək.
6. Allah bağışlayandır. Amma ilahi bağışlanma nemətindən faydalanmaq üçün tövbə şərtdir.
7. Əgər nadanlıq səbəbindən valideynlə pis rəftar etsək, tövbə qılmaqla Allahın mərhəmətini əldə edə bilərik.
8. Əfv və bəxşiş Allahın rübubiyyət şənindəndir.
9. Salehlik nişanələrindən biri tövbədir.
10. Bəzən saleh insanlar da büdrəyir. Bu sayaq nöqsanları tövbə ilə aradan qaldırmaq lazımdır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 25-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 25-ci ayəsi nə haqqındadır?
Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.
Əl-İsra surəsi 25-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 25-ci ayənin təfsiri nədir?
"Rəbbiniz içinizdə olanları hamıdan yaxşı bilir. Əgər saleh olsanız, şübhəsiz, O, tövbə edənləri bağışlayandır.”Bildirişlər1. Agahlıq Allahın rübubiyyət şənindəndir.2. Bütün işlərdə və valideynə xidmətdə niyyətlərimiz Allaha bəllidir.3. Səlahiyyət qəlbə, iç məqsədlərə aiddir.4. Qəlb və batin saf və saleh olan yerdə tövbə qapısı açıqdır.5. Ardıcıl yalvarış, ah-nalə ilə tövbə edək.6. Allah bağışlayandır. Amma ilahi bağışlanma nemətindən faydalanmaq üçün tövbə şərtdir.7. Əgər nadanlıq səbəbindən va...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.