Əl-İsra surəsi · 20-cu ayə

Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Biz Rəbbinin ətasından bunlara və onlara yardım göstərərik. Rəbbinin ətası kimsəyə qadağan olunmaz.”
Nöqtələr
Allah insanı azad yaratmışdır. İnsana sınaq üçün imkanlar verilmişdir ki, necə əməl edəcəyi aydınlaşsın. Bu yolla Allahla müamilə edənlər Allahdan qeyriləri ilə müamilə edənlərdən seçilirlər. Su və elektrik təchizat idarələri evləri su və işıq kimi iki nemətlə təchiz edir. Bu nemətlərdən yaxşı və ya pis işdə istifadə etmək insanların ixtiyarındadır.
Bildirişlər
1. Öz yardımlarını hamının ixtiyarına vermək və bu yolla yaxşı və pis sifətlərin üzə çıxmasına şərait yaratmaq Allahın sünnəsidir.
2. Allaha iman və axirət istəyinin maddi imkanlardan faydalanma ilə ziddiyyəti yoxdur.
3. İlahi lütflər Allahın rübubiyyət şəni və fəzlidir. Əslində, Allahın kimsəyə borcu yoxdur.
4. Allahın ətası həmişəlikdir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 20-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 20-cu ayəsi nə haqqındadır?
Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).
Əl-İsra surəsi 20-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 20-cu ayənin təfsiri nədir?
"Biz Rəbbinin ətasından bunlara və onlara yardım göstərərik. Rəbbinin ətası kimsəyə qadağan olunmaz.”NöqtələrAllah insanı azad yaratmışdır. İnsana sınaq üçün imkanlar verilmişdir ki, necə əməl edəcəyi aydınlaşsın. Bu yolla Allahla müamilə edənlər Allahdan qeyriləri ilə müamilə edənlərdən seçilirlər. Su və elektrik təchizat idarələri evləri su və işıq kimi iki nemətlə təchiz edir. Bu nemətlərdən yaxşı və ya pis işdə istifadə etmək insanların ixtiyarındadır.Bildirişlər1. Öz yardımlarını hamının ix...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.