Əl-İsra surəsi · 2-ci ayə

Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Biz Musaya "Məndən başqa vəkil tutmayın” deyə (səmavi) kitab verdik və onu Bəni-İsrail (İsrail övladları) üçün hidayətçi (doğru yol göstərən rəhbər) seçdik.”
Nöqtələr
Allaha təvəkkül və Allahdan qeyrisinə təvəkküldən çəkinmək Quranın təkrar tövsiyələrindəndir. Təvəkkül əmri ilə yanaşı bu əmrin dəlili də bəyan olunmuşdur. Məsələn, "Əraf” surəsində buyurulur: "Nəhayətsiz elm sahibi Allah olduğundan Ona təvəkkül et.” (Nisa”, 131) "Yusuf” surəsində buyurulur: "Hakimiyyət Onun əlində olduğundan Ona təvəkkül et.” (Bax: "Ənam”, 91; "Əraf”, 144 )"Nisa” surəsində oxuyuruq: "Nə üçün-niyəsiz malik O olduğundan Onu özünə vəkil tut.” (Həzrətin dua və şükürlərindən bir hissəsi ilə "Məcməul-Bəyan” və "Ətyəbul-Bəyan” təfsirlərində tanış olmaq mümkündür.  )
Bu ayədə Musanın Bəni-İsrailə hidayətçi göndərildiyi bildirilsə də, digər ayələrdə bəyan olunur ki, həzrət Musa bütün bəşəriyyət üçün seçilmişdir.(Bax: "Saffat”, 79 )
Bildirişlər
1. Bəzən təbliğatçının təbliğ etdiyi tərəflə həmvətənliyi və həmşəhərliyinin təbliğə təsiri olur.
2. Peyğəmbərlərin dəvətinin canı tövhiddir.
3. İnsanın dayağa ehtiyacı var. Peyğəmbərlər isə həqiqi dayaq kimi Allahı tanıtdırır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 2-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 2-ci ayəsi nə haqqındadır?
Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).
Əl-İsra surəsi 2-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 2-ci ayənin təfsiri nədir?
"Biz Musaya "Məndən başqa vəkil tutmayın” deyə (səmavi) kitab verdik və onu Bəni-İsrail (İsrail övladları) üçün hidayətçi (doğru yol göstərən rəhbər) seçdik.”NöqtələrAllaha təvəkkül və Allahdan qeyrisinə təvəkküldən çəkinmək Quranın təkrar tövsiyələrindəndir. Təvəkkül əmri ilə yanaşı bu əmrin dəlili də bəyan olunmuşdur. Məsələn, "Əraf” surəsində buyurulur: "Nəhayətsiz elm sahibi Allah olduğundan Ona təvəkkül et.” (Nisa”, 131) "Yusuf” surəsində buyurulur: "Hakimiyyət Onun əlində olduğundan O...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.