Əl-İsra surəsi · 18-ci ayə

Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Hər kəs daim ötəri dünya həyatını istəsə, bu dünyada tezliklə istədiyimizə istədiyimiz qədər verərik. Sonra onun üçün cəhənnəmi qərar verərik. O, xəcalət içində və rədd edilmiş halda oraya daxil olar.”
Nöqtələr
Quran baxımından, insana axirəti unutduran dünya istəyi məzəmmət olunur. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur.("Təfsiri-Nurus-Səqəleyn” )
Maddi dünyada ziddiyyət və qarşıdurmalar çoxdur. İnsan bütün arzularına çata bilmir. Demək, hamıya pay ayrılmalıdır. Mənəviyyat dünyasında isə belə deyil. Çünki bu dünyada heç bir məhdudiyyət yoxdur. Mənəvi ləzzətlər yolu hamının üzünə açıqdır və hər kəs istədiyi qədər kam ala bilər("Təfsiri-Nurus-Səqəleyn” ).
Bildirişlər
1. Dünya ötəridir.
2. İnsan məqsədli yaradılmışdır və seçim aparmaqda azad buraxılmışdır. Amma əsas məsələ Allahın iradəsidir.
3. Pislənilən dünya yox, dünyapərəstlik xislətidir.
4. İnsanın arzuları bitib-tükənməzdir, bu arzuları Allahın çərçivəsində məhdudlaşdırmaq lazımdır.
5. Dünyapərəstlər arasında dünyanı əldə edə bilməyənlər də var.
6. Dünyapərəstlər iki dəstədir: bəziləri dünya və axirəti əldən verir, bəziləri isə müəyyən dünya istəklərinə çatır.
7. Maddi istəklərlə yaşayanlar müəyyən həddə ad-san və çörək əldə etsələr də, qiyamətdə müşkülə düşürlər.
8. Dünyapərəstliyin sonu peşmançılıq və cəhənnəmdir.
9. Dünyapərəstlər həm fiziki baxımdan odda yanır, həm də ruhi baxımdan alçaldılırlar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 18-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 18-ci ayəsi nə haqqındadır?
Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.
Əl-İsra surəsi 18-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 18-ci ayənin təfsiri nədir?
"Hər kəs daim ötəri dünya həyatını istəsə, bu dünyada tezliklə istədiyimizə istədiyimiz qədər verərik. Sonra onun üçün cəhənnəmi qərar verərik. O, xəcalət içində və rədd edilmiş halda oraya daxil olar.”NöqtələrQuran baxımından, insana axirəti unutduran dünya istəyi məzəmmət olunur. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur.("Təfsiri-Nurus-Səqəleyn” )Maddi dünyada ziddiyyət və qarşıdurmalar çoxdur. İnsan bütün arzularına çata bilmir. Demək, hamıya pay ayrılmalıdır. Mənəviyyat dünyasında isə b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.