Əl-İsra surəsi · 17-ci ayə

Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Nuhdan sonra bir çox ümmətləri məhv etdik. Rəbbinin Öz bəndələrinin günahlarından agah olub, onları görməsi yetər.”
Nöqtələr
Bəşər həyatında bir nəslin məhvi və yeni bir nizamın bərpasından danışan bu ayədən məlum olur ki, həzrət Nuhun dövrü bəşər tarixində dönüş nöqtəsi olmuşdur. Nuhdan öncəki bəşər nəsli sadə və azsaylı idi, həyat macərasız ötüşürdü. Həmin vaxt insan nəsli Nuhun gəmisinə süvar olmuş bir neçə möminlə davam etmişdi.
Allah qafil insanlara xəbərdarlıq, xalq üçün ibrət olmaqla yanaşı Peyğəmbər (s) üçün bir təsəlli idi. Bildirilirdi ki, əgər kafirlər əzab-əziyyət verməkdən çəkinməsələr, Allahın qəhr-qəzəbinə düçar olacaqlar.
Nuh qövmündən sonra Ad, Səmud, Lut qövmü, Mədyən səhabələri, Firon, Haman, Qarun və Fil səhabələri ilahi qəzəbə düçar oldular.
Bildirişlər
1. İtaətsizliyinə görə Allahın qəhr-qəzəbinə düçar olmuş millətlər tarixdə yetərincədir.
2. İlahi qəhr-qəzəb təkcə qiyamətə aid deyil, dünyada da tətbiq olunur.
3. Tarix ibrət qaynağı və məktəbdir.
4. Allahın günahlarımızdan xəbərdar olmasını yadda saxlamağınız tərbiyəmiz üçün kafidir.
5. Günahkarların cəzalandırılması üçün şahid və dəlilə ehtiyac yoxdur. Allahın məsələdən xəbərdarlığı kafidir.
6. Günahkar insan da Allahın bəndəsidir.
7. Allah batinimizdən xəbərdardır, zahirimizi görür.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 17-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 17-ci ayəsi nə haqqındadır?
Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.
Əl-İsra surəsi 17-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 17-ci ayənin təfsiri nədir?
"Nuhdan sonra bir çox ümmətləri məhv etdik. Rəbbinin Öz bəndələrinin günahlarından agah olub, onları görməsi yetər.”NöqtələrBəşər həyatında bir nəslin məhvi və yeni bir nizamın bərpasından danışan bu ayədən məlum olur ki, həzrət Nuhun dövrü bəşər tarixində dönüş nöqtəsi olmuşdur. Nuhdan öncəki bəşər nəsli sadə və azsaylı idi, həyat macərasız ötüşürdü. Həmin vaxt insan nəsli Nuhun gəmisinə süvar olmuş bir neçə möminlə davam etmişdi.Allah qafil insanlara xəbərdarlıq, xalq üçün ibrət olmaqla yanaşı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.