Əl-İsra surəsi · 14-cü ayə

(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"(Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.”
Nöqtələr
İmam Sadiq (ə) buyurur: "İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir.”("Bihar”, c. 70, s. 73 )
Fəxr Razi deyir: "İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə dərk etmək başa düşülür.” ("Təfsiri-Kəşful-Əsrar” )"Əl-Mizan” təfsirində bildirilir ki, "kitab” dedikdə əməllərin özü nəzərdə tutulur.
Bir çox rəvayətlərdə tövsiyə olunur ki, insan qiyamətdən öncə özü ilə hesab çəksin("Təfsiri-Kənzüd-Dəqaiq” ). Bu sayaq hesab insanı oyadır və qəflətdən uzaqlığı göstərir.
Hədisdə deyilir: Hər kəs dünyada özü ilə hesab çəksə, axirət hesabı asan olar. Elə bu dünyada həyat kitabımızı, əməl naməmizi oxumalıyıq ki, zəif nöqtələri aradan qaldıraq, pisliklərə tövbə edib, yaxşı əməllərimizi artıraq. (Bir ata öz övladından hər gün əməllərini qeyd etməsini istədi. Oğul bir gün bu işi görsə də, ikinci gün çətinlik çəkdi və atasından üzr istədi. Atası dedi: "Əziz övladım! Bütün əməllər bu sayaq yazılır. Əlbəttə ki, qiyamətdə bütün əməllər açılar və öz əməlindən peşman olarsan.”(Bax: ”Rum”, 7; "Nəcm”, 29; "Tövbə”, 38 )
Bildirişlər
1. Qiyamətdə bütün insanlar öz əməl namələrini oxuya bilirlər.
2. Qiyamətdə vicdanlar oyanır.
3. Qiyamət günahkarların öz əleyhinə şəhadət verdiyi yeganə məhkəmədir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 14-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 14-cü ayəsi nə haqqındadır?
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»
Əl-İsra surəsi 14-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 14-cü ayənin təfsiri nədir?
"(Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.”Nöqtələrİmam Sadiq (ə) buyurur: "İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir.”("Bihar”, c. 70, s. 73 )Fəxr Razi deyir: "İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə dərk etmək başa düşülür.” ("Təfsiri-Kəşful-Əsrar” )"Əl-Mizan” təfsirində bildirilir ki, "kitab” dedikdə əməllərin özü nəzərdə tutulur.Bir çox rəvayətlərdə tövsiyə olunur ki,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.