Əl-İsra surəsi · 13-cü ayə

Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.”
Nöqtələr
Ayədəki "tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.
Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:
1. "Əməl naməsi hamı üçündür.”
2. "Həmin namədə bir şey ötürülməmişdir.”("İsra”, 14 )
3. "Günahkarlar ondan qorxar.” (Əl-Haqqə”, 19 )
4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər.("Təfsiri-Nurus-Səqəleyn” )
5. "Nicat tapanların kitabı sağ, cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər.”("Təfsiri-Kəbir”)
Bildirişlər
1. Hesab-kitab hamı üçündür və kimsə istisna olunmayıb.
2. Bütün insanlar əməl namələri ilə birlikdə məhşərdə dayandırılarlar.
3. İnsanın əməli ondan ayrılmaz.
4. İnsanın xoşbəxtliyi və bədbəxtliyi onun əməllərindən asılıdır. Bu istiqamətdə bəxt kimi amillər rol oynamır.
5. Allah insanın bütün əməllərindən xəbərdardır. Əməl naməsinin boyundan asılmasında məqsəd onun insanın özünə anlatmaqdır.
6. İnsanın bütün əməl və hərəkətləri qeyd olunar. İnsan dünyada əməllərinin qeydə alındığını hiss etməsə də, qiyamətdə əməl naməsi açılar və gizli işlər ifşa olunar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 13-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 13-cü ayəsi nə haqqındadır?
Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.
Əl-İsra surəsi 13-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 13-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 13-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 13-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 13-cü ayənin təfsiri nədir?
"Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.”NöqtələrAyədəki "tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:1. "Əməl naməsi hamı üçündür.”2. "Həmin namədə bir şey ötürülməmişdir.”("İsra”, 14 )3. "Günahkarlar ondan qorxar.” (Əl-Haqqə”, 19 )4. İnsan öz ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.