Əl-İsra surəsi · 111-cü ayə

Və de: «Bütün həmdlər övlad götürməmiş ( V çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan xeyirləri Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət və (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan və (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Allaha məxsusdur. Və (bütün namazlarda və hər bir halda) təkbir de, Onun böyüklüyünə tam etiqad bəslə və cəmiyyətdə imkanın qədər Onu böyük tut.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.”
Nöqtələr
Bu surə Allaha təsbihlə (həmd-səna ilə) başlayır, həmd və təkbirlə başa çatır. Necə ki, "Muminun” surəsi möminlərin qurtuluş xəbəri ilə başlayır, kafirlərin həlakı xəbəri ilə başa çatır.
Rəvayətlərdə bildirilir ki, bu ayənin tilavəti borcun ödənməsində, şəkk-şübhədən qurtarmaqda, yoxsulluqdan və xəstəlikdən uzaq olmaqda təsirlidir.
Allahın övlad götürməməsi ilə bağlı bəyanat yəhudilərə və məsihilərə ünvanlanmışdır. Qüreyşilərin qarşısında Allahın şəriksiz, məcusilər və ulduzpərəstlər qarşısında onun yardımçısız olması bəyan olunur("Təfsire-tibyan”. )
Bildirişlər
1. Allaha necə sitayiş etməyi Onun özündən öyrənək.
2. Allah ehtiyacsız olduğu üçün sitayiş Ona məxsus sayılır.
3. Allahın əzəmət və böyüklüyünü xüsusi əzəmət sayaq və Onu mütləq ehtiyacsız tanıyaq.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 111-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 111-cü ayəsi nə haqqındadır?
Və de: «Bütün həmdlər övlad götürməmiş ( V çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan xeyirləri Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət və (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan və (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Al...
Əl-İsra surəsi 111-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 111-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 111-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 111-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 111-cü ayənin təfsiri nədir?
"De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.”NöqtələrBu surə Allaha təsbihlə (həmd-səna ilə) başlayır, həmd və təkbirlə başa çatır. Necə ki, "Muminun” surəsi möminlərin qurtuluş xəbəri ilə başlayır, kafirlərin həlakı xəbəri ilə başa çatır.Rəvayətlərdə bildirilir ki, bu ayənin tilavəti borcun ödənməsində, şəkk-şübhədən qurtarmaqda, yoxsulluqdan və xəstəlikdən uzaq olmaqda təsirlidir.Allahın övlad göt...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.