Əl-İsra surəsi · 110-cu ayə

De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə və bəzisi də işlərinin sifətlərinə dəlalət edir). Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin. Yaxud, namazların hamısını ucadan və ya yavaş qılma, bunların ikisinin arasında bir yol tut, bəzisini ucadan, bəzisini də yavaş qıl).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, ya Allah adını çağırın, ya da Rəhman. Hər hansını dilə gətirirsinizsə gətirin. Çünki ən gözəl adlar Onundur. Namazını çox hündürdən və ya çox ahəstə qılma, orta halı gözlə. (Orta yolu seç.)”
Nöqtələr
Bəzi təfsirlərdə bildirilir: həzrət Peyğəmbər (s) Məscidül-Həramda dua oxuyur və deyirdi: "Ya Allah, ya Rəhman.” Bəziləri elə güman etdilər ki, Peyğəmbər (s) birinin adı "Allah”, o birinin adı "Rəhman” olan iki Allahı çağırır. Ayə nazil oldu, uyğun şübhələrə cavab verildi.("Təfsire-Təbəri”. "Təfsire-Əl-mizan”. "Təfsire-Məcməül-bəyan”. )
Bəzi adlar sadəcə əlamət və nişanədir. Bu adlarda hər hansı məna yoxdur. Məsələn, fərdləri səsindən, libasından, avtomobilindən tanımaq və ya ölkəni bayraq və ya gerbi ilə müəyyənləşdirmək. Bəzən isə adlar nişanə olmur, mahiyyət daşıyır. Məsələn, Allahın mübarək adları. Bu adların hər biri Onun zatının kamalından danışır.
Peyğəmbər (s) namaz qıldığı vaxt kafirlər şer oxumaqla ona mane olurdular. Həzrət namazı yavaşdan qıldıqda isə səhabələr eşitmirdi. Bu ayədə namazı orta səslə qılmaq göstəriş verildi.("Təfsire-Məcməül-bəyan”. "Təfsire-nümunə”. )
Şiə və sünni rəvayətlərində deyilir: Allahın doxsan doqquz adı var və duada Allahı bu adlarla çağıran nicat tapıb qalib gələr(Təfsire-Dürrül-Mənsur”. )
Bildirişlər
1. Peyğəmbər şübhələri aradan qaldırmalıdır.
2. Allahın bütün adları eyni bir həqiqətə qayıdır və Onun zatının eynidir.
3. Gözəl adlar və üstün sifətlər Allaha məxsusdur.
4. Allah və Onun kamillikləri sonsuz, insanın ağıl və nitqi məhdud olduğundan Allahı Ondan və Qurandan öyrəndiyimiz adlarla çağırmaq yaxşıdır. Əks-təqdirdə insan yanlışlığa düçar olub, Allaha qeyri-münasib adlar aid edə bilər.
5. İnsan dua oxumaqda azaddır. Allahı istənilən bir adı ilə çağırmaq olar.
6. Allahın hər bir adında ən üstün məna, ən müqəddəs məfhum mövcuddur.
7. İslam orta dindir. Hətta namazı orta səslə qılmaq lazımdır.
8. İslam niyyət və əməldən əlavə üsul və keyfiyyətə də diqqət yetirir. Namaz xüsusi bir qayda ilə qılınmalıdır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 110-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 110-cu ayəsi nə haqqındadır?
De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə və bəzisi...
Əl-İsra surəsi 110-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 110-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 110-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 110-cu ayənin təfsiri nədir?
"De ki, ya Allah adını çağırın, ya da Rəhman. Hər hansını dilə gətirirsinizsə gətirin. Çünki ən gözəl adlar Onundur. Namazını çox hündürdən və ya çox ahəstə qılma, orta halı gözlə. (Orta yolu seç.)”NöqtələrBəzi təfsirlərdə bildirilir: həzrət Peyğəmbər (s) Məscidül-Həramda dua oxuyur və deyirdi: "Ya Allah, ya Rəhman.” Bəziləri elə güman etdilər ki, Peyğəmbər (s) birinin adı "Allah”, o birinin adı "Rəhman” olan iki Allahı çağırır. Ayə nazil oldu, uyğun şübhələrə cavab verildi.("Təfsire-Təbəri”. "T...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.