Əl-İsra surəsi · 105-ci ayə

(Bu Qur’anı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Biz Quranı haqq olaraq nazil etdik və o, haqq olaraq nazil oldu. Biz səni yalnız müjdəçi və qorxudan ünvanında göndərdik.”
Bildirişlər
1. Quranın gerçəkliyinə zəmanət verilmişdir. Quran həm Allah tərəfindən haqq olaraq nazil edildi, həm də ilahi vəhy haqq olaraq (salamat) məqsədə çatdı. Şeytanlar ona bir zərər toxundura bilmədilər.
2. Müjdə və xəbərdarlıq peyğəmbərlərin işinin mehvəridir. Kimsənin haqqı yoxdur ki, başqalarına məcburi əqidə qəbul etdirsin.
3. Müjdə və xəbərdarlıq yanaşı olduqda səmərə verir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 105-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 105-ci ayəsi nə haqqındadır?
(Bu Qur’anı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan ...
Əl-İsra surəsi 105-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 105-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 105-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 105-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 105-ci ayənin təfsiri nədir?
"Biz Quranı haqq olaraq nazil etdik və o, haqq olaraq nazil oldu. Biz səni yalnız müjdəçi və qorxudan ünvanında göndərdik.”Bildirişlər1. Quranın gerçəkliyinə zəmanət verilmişdir. Quran həm Allah tərəfindən haqq olaraq nazil edildi, həm də ilahi vəhy haqq olaraq (salamat) məqsədə çatdı. Şeytanlar ona bir zərər toxundura bilmədilər.2. Müjdə və xəbərdarlıq peyğəmbərlərin işinin mehvəridir. Kimsənin haqqı yoxdur ki, başqalarına məcburi əqidə qəbul etdirsin.3. Müjdə və xəbərdarlıq yanaşı olduqda səmə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.