Əl-İsra surəsi · 104-cü ayə

Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Bundan (Firon qərq olduqdan) sonra Bəni-İsrailə dedik: «Bu məntəqədə yerləşin. Axirət vədi» çatdıqda sizin hamınızı bir yerə toplayacağıq.”
Nöqtələr
"İftifzaz” dedikdə zorla xaric etmək mənası anlaşılır. Quran zalımların ilahi övliyalara münasibətdə üsuluna və nakam qalmalarına dəfələrlə işarə etmişdir. İbrahimi oda atdılar, Allah odu soyutdu. Yusifi quyuya atdılar, Misir başçılarından oldu. Peyğəmbəri (s) Məkkədən çıxartdılar, Allah İslam dünyasının hakimiyyətini ona əta etdi. Batil əhlinin məkri qarşısında münasib tədbir görmək ilahi sünnədir.
"Ləfif” dedikdə bir-birinə qoşulmuş dəstələr nəzərdə tutulur.
Bildirişlər
1. Zalım qüvvələrin işi əziyyət və sürgündür. Haqq insanlara münasibətdə onların dözümü yoxdur.
2. Allah zalım qüvvələrin istəyinə Öz istəyi və qəhr-qəzəbi ilə cavab verir.
3. Günah fikri günah sayılmasa da, peyğəmbərin sürgünü kimi təhlükəli fikir ilahi qəhr-qəzəblə nəticələnir.
4. Zalım qüvvələrin güc-qüdrəti yerə aiddir və məhduddur.
5. Allah höccəti tamamladıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab göndərir. Möcüzələrdən və xalqın tərsliyindən sonra onların həlak olması qaçılmazdır.
6. Zalım qüvvələrin və onların həmkarlarının sonu puçdur.
7. Zalımlara yardım onların bədbəxtliyinə şəriklik səbəbidir.
8. Xalqın həlakında azğın rəhbərlərin rolu var.
9. Bir məntəqəyə müvəqqəti hakim olanlar qiyamətdə Allaha cavab verməlidirlər.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 104-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 104-cü ayəsi nə haqqındadır?
Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq).»
Əl-İsra surəsi 104-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 104-cü ayənin təfsiri nədir?
"Bundan (Firon qərq olduqdan) sonra Bəni-İsrailə dedik: «Bu məntəqədə yerləşin. Axirət vədi» çatdıqda sizin hamınızı bir yerə toplayacağıq.”Nöqtələr"İftifzaz” dedikdə zorla xaric etmək mənası anlaşılır. Quran zalımların ilahi övliyalara münasibətdə üsuluna və nakam qalmalarına dəfələrlə işarə etmişdir. İbrahimi oda atdılar, Allah odu soyutdu. Yusifi quyuya atdılar, Misir başçılarından oldu. Peyğəmbəri (s) Məkkədən çıxartdılar, Allah İslam dünyasının hakimiyyətini ona əta etdi. Batil əhlinin məkr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.