Əl-İsra surəsi · 102-ci ayə

Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə b ey Firon mən səni (artıq) həlak olmuş sanıram».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Musa dedi: "Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin və yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.”
Nöqtələr
Sual: Musa Fironun həlak olmasına əmin olduğu halda nə üçün "güman edirəm” deyir?
Cavab: Əvvəla, "güman edirəm” təbiri qəti bir məsələyə də aid ola bilər. İkincisi, ola bilsin ki, Fironun hidayətinə ümid vardı. Üçüncüsü, düşmən həya pərdəsini yırtmadığı vaxt, ədəb qaydasına əsasən biz də hədd gözləməliyik. Musa Fironun sözünə uyğun şəkildə cavab verdi.
Bildirişlər
1. Bəzən insan haqqı bildiyi halda, özünü bilməməzliyə vurur.
2. İnsanın hidayət və qurtuluşu üçün elmdən əlavə iman və təslimçiliyə də ehtiyac var. Fironun elmi vardı, amma nicat tapa bilmədi.
3. Musanın möcüzələri o qədər aşkar idi ki, Firon da bu möcüzələri dərk edirdi.
4. Möcüzə sehr-cadudan fərqli olaraq xalqın bəsirəti üçündür.
5. Azğın hökumətlərdə xalqın hidayəti üçün başçılara üz tutmaq lazım gəlir.
6. İlahi peyğəmbərlər getdikləri yola əmin idilər. Buna görə də zalım hakimlərə qətiyyətlə xəbərdarlıq edirdilər.
7. Haqqı anladığı halda inadkarlıq və təkəbbür göstərən kəs həlak olar.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 102-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 102-ci ayəsi nə haqqındadır?
Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə b ey Firon mən səni (artıq) həlak olmuş sanıram».
Əl-İsra surəsi 102-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 102-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 102-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 102-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 102-ci ayənin təfsiri nədir?
"Musa dedi: "Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin və yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.”NöqtələrSual: Musa Fironun həlak olmasına əmin olduğu halda nə üçün "güman edirəm” deyir?Cavab: Əvvəla, "güman edirəm” təbiri qəti bir məsələyə də aid ola bilər. İkincisi, ola bilsin ki, Fironun hidayətinə ümid vardı. Üçüncüsü, düşmən həya pərdəsini yırtmadığı vaxt, ədəb qaydasına əsasən biz də hədd gözləməliyik. Musa Fironun...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.