İbrahim ‏ surəsi · 44-cü ayə

Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
«Xalqı əzab soraqlarına gələcək günlə qorxut. Zülm edənlər deyəcək: "Pərvərdigara! Bizə qısa bir müddət möhlət ver ki, dəvətini qəbul edək, peyğəmbərlərinə tabe olaq.” (Onlara deyilər:) Bundan öncə and içib zavala gəlməyəcəyini deyən siz deyildinizmi?»
Nöqtələr
Ötən ayələrə əsasən belə görünür ki, bu ayə də Qiyamət haqqındadır. Amma "əxxirna ila əcəlin qəribin...” cümləsindən belə anlaşılır ki, ayədə dünyadakı ilahi əzab nəzərdə tutulmuşdur. Çünki əzabın təxiri, Allahın dəvətinin qəbulu və peyğəmbərlərə itaət qiyamətə yox, dünyaya aiddir.
Qiyamətdə də dünyaya qayıdış istəyi olur. Ayələrdən birində cəhənnəm əhlinin dilindən deyilir: "Fəlakətdən qurtulmaq üçün bir yol varmı?” ; "Bizi dünyaya qaytar, saleh iş görək.” ; "Pərvərdigara! Bizi cəhənnəmdən xaric et, yaxşı işlər görək.”
Bildirişlər
1. Xəbərdarlıq və hədə azğınların tərbiyə və hidayət üsullarındandır.
2. Quranın xəbərdarlıqları bütün insanlara aiddir.
3. Günahkarlar bir gün peşman olarlar, amma əldən çıxmış fürsət geri qayıtmaz.
4. İlahi əzab nazil olan məqamda qurtuluş və tövbə yolu bağlanar.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 44-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 44-cü ayəsi nə haqqındadır?
Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz de...
İbrahim ‏ surəsi 44-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 44-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 44-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 44-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 44-cü ayənin təfsiri nədir?
«Xalqı əzab soraqlarına gələcək günlə qorxut. Zülm edənlər deyəcək: "Pərvərdigara! Bizə qısa bir müddət möhlət ver ki, dəvətini qəbul edək, peyğəmbərlərinə tabe olaq.” (Onlara deyilər:) Bundan öncə and içib zavala gəlməyəcəyini deyən siz deyildinizmi?»NöqtələrÖtən ayələrə əsasən belə görünür ki, bu ayə də Qiyamət haqqındadır. Amma "əxxirna ila əcəlin qəribin...” cümləsindən belə anlaşılır ki, ayədə dünyadakı ilahi əzab nəzərdə tutulmuşdur. Çünki əzabın təxiri, Allahın dəvətinin qəbulu və peyğəmb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.