İbrahim ‏ surəsi · 41-ci ayə

«Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"Pərvərdigara! Hesab bərpa olacaq gün məni, ata-anamı və möminləri bağışla.”
Nöqtələr
Bu surədə həzrət İbrahim haqqında hazırkı ayəyədək oxuduqlarımız İbrahimin 7 istəyi haqqında məlumat verir: Məkkənin asayişi, bütpərəstlikdən uzaqlıq, həzrət İbrahimin övladları və məktəbinə münasibətdə möminlərin diqqəti, İbrahim övladlarının meyvələrdən bəhrələnməsi, namazın bərpası üçün yardım, duaların qəbulu, İbrahimin özü, ata-anası və möminlər üçün bağışlanma diləməsi.
"Valid” dedikdə yalnız həqiqi ata başa düşülür. "Əb” sözü isə atadan əlavə əmi, qaynataya da aid ola bilər. İbrahimin valideynləri mömin olduqlarından o bu ayədə valideynlərinə dua edir. Amma başqa ayələrdə "əb” sözü ilə İbrahimin əmisinə işarə olunmuşdur. İbrahimin əmisi müşrik olduğundan həzrət ondan üz çevirmişdir.
"Bəqərə” surəsinin 133-cü ayəsində oxuduq ki, Yəqubun övladları atalarının "məndən sonra nəyə pərəstiş edərsiniz” sualına belə cavab verdilər: "Biz sənin və ataların İbrahim və İsmailin Rəbbinə sitayiş edərik.” İsmail Yəqubun əmisi olsa da, "əb” sözü ilə xatırlanır.
Bildirişlər
1. İbrahimin dualarda Allaha "Rəbb” sözü ilə müraciət etməsi bu sözün duada böyük əhəmiyyət daşıdığını göstərir. Duada bu sayaq müraciət etmək dua qaydalarından sayıla bilər.
2. Özünüzün və övladlarınızın namazı bərpa etməsi üçün Allahdan yardım diləyin.
3. Namaz həzrət İbrahimin dualarının mehvəri olmuşdur.
4. Peyğəmbərlərin risaləti dinin bərpası olsa da, namazın bərpası ilə bağlı edilən dua namazın dinin siması olmasını göstərir.
5. Namazın bərpası rəhbərlik nümunəsidir. Həzrət İbrahim iki yerdə öz nəslini xatırladır: namazın bərpası məsələsində; imam təyin olunduqdan sonra nəsli üçün rəhbərlik məqamı istədiyi vaxt.
6. Duada nə özünüzü, nə də başqalarını yaddan çıxarmayın.
7. İnsan həm əvvəlki, həm də sonrakı nəsli haqqında düşünməlidir.
8. Duada yaxınlar başqalarından öndə gəlir.
9. Duada özünüzün, övladlarınızın və cəmiyyətin qiyamət sorğusu fikrində olun.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 41-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 41-ci ayəsi nə haqqındadır?
«Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!»
İbrahim ‏ surəsi 41-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 41-ci ayənin təfsiri nədir?
"Pərvərdigara! Hesab bərpa olacaq gün məni, ata-anamı və möminləri bağışla.”NöqtələrBu surədə həzrət İbrahim haqqında hazırkı ayəyədək oxuduqlarımız İbrahimin 7 istəyi haqqında məlumat verir: Məkkənin asayişi, bütpərəstlikdən uzaqlıq, həzrət İbrahimin övladları və məktəbinə münasibətdə möminlərin diqqəti, İbrahim övladlarının meyvələrdən bəhrələnməsi, namazın bərpası üçün yardım, duaların qəbulu, İbrahimin özü, ata-anası və möminlər üçün bağışlanma diləməsi."Valid” dedikdə yalnız həqiqi ata başa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.