İbrahim ‏ surəsi · 39-cu ayə

«Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ 03.12.2025
"Qoca vaxtımda İsmail və İshaqı mənə əta etmiş Allaha həmd olsun. Şübhəsiz, Rəbbim duaları eşidəndir.”
Nöqtələr
İsmail və İshaq Allahın xüsusi nemətlərindən idi. Çünki:
a) Bu övladlar həzrət İbrahimin duası ilə vücuda gəlmişdi;
b) Bu uşaqlar atalarının qoca vaxtında dünyaya gəldilər;
v) Onlar saleh övladlar idilər;
q) Onlar növbəti peyğəmbər silsiləsi üçün başlanğıc oldular.
Əsas məsələ övladın salehliyidir. Bu övladların kənizdən və ya azad qadından olmasının fərqi yoxdur. (İsmail kənizdən, İshaq isə azad qadından doğulmuşdu).
Bildirişlər
1. İlahi nemətləri zikr edərkən Allaha təşəkkür edək.
2. Allaha qəbul olmuş dualarımıza görə şükür edək.
3. Övlad Allahın hədiyyəsidir.
4. Allahın iradə və qüdrəti qarşısında heç bir maneə yoxdur. Allah istəsə qoca da övlad sahibi ola bilər.
5. Allaha təşəkkür edərkən nemətləri ayrı-ayrı zikr edək.
6. Duaların qəbulu Allahın sünnəsidir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 39-cu ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 39-cu ayəsi nə haqqındadır?
«Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir».
İbrahim ‏ surəsi 39-cu ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 39-cu ayənin təfsiri nədir?
"Qoca vaxtımda İsmail və İshaqı mənə əta etmiş Allaha həmd olsun. Şübhəsiz, Rəbbim duaları eşidəndir.”Nöqtələrİsmail və İshaq Allahın xüsusi nemətlərindən idi. Çünki:a) Bu övladlar həzrət İbrahimin duası ilə vücuda gəlmişdi;b) Bu uşaqlar atalarının qoca vaxtında dünyaya gəldilər;v) Onlar saleh övladlar idilər;q) Onlar növbəti peyğəmbər silsiləsi üçün başlanğıc oldular.Əsas məsələ övladın salehliyidir. Bu övladların kənizdən və ya azad qadından olmasının fərqi yoxdur. (İsmail kənizdən, İshaq isə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.