İbrahim ‏ surəsi · 36-cı ayə

«Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"Pərvərdigara! Həqiqətən, bütlər insanların çoxunu azdırmışdır. Mənə itaət edən, şübhəsiz, məndəndir. Mənə müxalif olan (bilsin ki, tövbə etsə) həqiqətən, Sən bağışlayan və mehribansan.”
Nöqtələr
Sual: Necə ola bilər ki, daşdan və ağacdan düzəldilmiş bütlər insanı azdırsın?
Cavab: Əvvəla, büt təkcə cansız cisimlər deyil. Bəzən insanlar və zalım hakimlər də büt olur. İkincisi, sənət və bər-bəzək əşyalarının da cazibəsi var. Üçüncüsü, bəzən insan cəhalət səbəbindən daş və ağacı da qiymətli sayır.
Əgər bu ayəni əvvəlki ayə ilə birlikdə mənalandırsaq müsbət nəticə əldə edərik. Ötən ayədə İbrahim dedi: "Pərvərdigara, övladlarımı bütpərəstlikdən uzaq et.” Bu ayədə isə deyilir: "Müvəhhid və mənə tabe olan kəs məndəndir.” Bu baxımdan, bütün müvəhhidlər (təkallahçılar) İbrahim məktəbinin övladları sayılır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli bu ümmətin məktəb atalarıyıq.” Müşrik isə peyğəmbər övladı olmasına baxmayaraq rədd olunur.
Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allaha itaət edən kəs Muhəmmədə (s) qohum olmasa da, onun dostudur. Allaha itaətsizlik göstərən kəs Peyğəmbərin (s) qohumu olsa da, onun düşmənidir.”
Bildirişlər
1. Büt yonma kimi sənət işi azğınlıq səbəbi ola bilər, çünki bütlər bir çoxlarını azdırır.
2. Dindarlıq şüarla ölçülmür. Əsl dindarlıq üçün saleh əməl və göstərişlərə itaət şərtdir.
3. Səmavi rəhbərlər və mömin xalq arasında məktəb bağlılığı mövcuddur.
4. Peyğəmbərlər hətta öz müxaliflərinə də qayğı göstərmiş, onları məyus etməmişlər.
5. Peyğəmbərin göstərişinə qarşı müxaliflik Allahla müxaliflikdir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 36-cı ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 36-cı ayəsi nə haqqındadır?
«Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan.»
İbrahim ‏ surəsi 36-cı ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36-cı ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 36-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 36-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 36-cı ayənin təfsiri nədir?
"Pərvərdigara! Həqiqətən, bütlər insanların çoxunu azdırmışdır. Mənə itaət edən, şübhəsiz, məndəndir. Mənə müxalif olan (bilsin ki, tövbə etsə) həqiqətən, Sən bağışlayan və mehribansan.”NöqtələrSual: Necə ola bilər ki, daşdan və ağacdan düzəldilmiş bütlər insanı azdırsın?Cavab: Əvvəla, büt təkcə cansız cisimlər deyil. Bəzən insanlar və zalım hakimlər də büt olur. İkincisi, sənət və bər-bəzək əşyalarının da cazibəsi var. Üçüncüsü, bəzən insan cəhalət səbəbindən daş və ağacı da qiymətli ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.