İbrahim ‏ surəsi · 33-cü ayə

Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"(Allah) daim hərəkətdə olan günəş və ayı, eləcə də, gecə və gündüzü sizin üçün ram etdi.”

Nöqtələr
"Dəb” sözündən olan "daibəyn” sözü "sabit” adət mənasını bildirir. Məraği öz təfsirində bildirir ki, "daibəyn” daim hərəkətdə olma mənasını ifadə edir.
Günəş daim hərəkətdə olan enerji mənbəyidir. Bu mənbə insanın yaratdığı enerji mənbələrindən fərqli olaraq yanacaq çatışmazlığından və ya təmir üçün dayanmır. Əgər günəş bir an olmasa, yer üzü hansı hala düşər? Bəşəriyyətin, bitki aləminin, heyvanların həyatını günəşsiz təsəvvür etmək mümkünsüzdür. İşıq və istilikdən məhrum olmuş təbiət çox böyük müsibətlərlə üzləşə bilər.
Buludlar, günəş, ay durmadan işdə,
Oyan, səninçündür atılan addım.
Yaranmış mütidir haqqın sözünə,
İnsafmı asi tək çəkilsin adın?!
Bildirişlər
1. Təkcə yer və onun nemətləri yox, hətta səma və səma cisimləri onun ehtiyaclarına münasib yaradılmışdır.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 33-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 33-cü ayəsi nə haqqındadır?
Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
İbrahim ‏ surəsi 33-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 33-cü ayənin təfsiri nədir?
"(Allah) daim hərəkətdə olan günəş və ayı, eləcə də, gecə və gündüzü sizin üçün ram etdi.”Nöqtələr"Dəb” sözündən olan "daibəyn” sözü "sabit” adət mənasını bildirir. Məraği öz təfsirində bildirir ki, "daibəyn” daim hərəkətdə olma mənasını ifadə edir.Günəş daim hərəkətdə olan enerji mənbəyidir. Bu mənbə insanın yaratdığı enerji mənbələrindən fərqli olaraq yanacaq çatışmazlığından və ya təmir üçün dayanmır. Əgər günəş bir an olmasa, yer üzü hansı hala düşər? Bəşəriyyətin, bitki aləminin, heyvanları...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.