İbrahim ‏ surəsi · 31-ci ayə

İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"(Ey peyğəmbər,) mənim iman gətirmiş bəndələrimə de ki, heç bir alış-verişin və dostluğun olmayacağı gün çatmamış namazı bərpa etsinlər, onlara verdiyim ruzidən gizlində və aşkarda infaq etsinlər.”

Nöqtələr
Aşkar infaq (yardım göstərmək) ətrafdakıların tərbiyəsi, başqalarının təşviqi və böhtandan yaxa qurtarmaq üçün təsirli amildir. Gizli infaq isə təkamül və xalislik amilidir. Amma bəzi təfsirçilər belə deyirlər: Aşkar infaq dedikdə, xüms və zəkat kimi vacib ödənclər nəzərdə tutulur. Məxfi infaq isə sədəqə kimi müstəhəb yardımlara aiddir.
Həm aşkar, həm də gizli infaqın müsbət təsirləri olsa da, gizli infaq daha üstündür. Hazırkı ayədə gizli infaq ifadəsi öncə zikr olmuşdur.
Bildirişlər
1. Əmr vermək üçün öz şəxsiyyətinizi dəyərləndirin.
Allaha bəndəlik möminlər üçün iftixar nişanıdır.
2. Təkcə qəlb imanı bəs etmir, namaz, infaq və saleh əməl də lazımdır.
3. İslam kompleks bir dindir. Allahla rabitə və məhrumlara yardım bir-biri üçün qəbul şərtidir.
4. İnfaq təkcə mal-mülkə aid deyil. Nəyimiz varsa, ondan infaq etməliyik. (Elmimizdən, sərvətimizdən, şəxsiyyətimizdən və qüdrətimizdən.)
5. İnfaq Allahın ruzi etdiyindən, yəni halal maldan olmalıdır.
6. İnfaq bəzən gizli, bəzən aşkar həyata keçməlidir.
7. Fürsətlərdən istifadə edin.
8. Əgər ticarət fikrindəsinizsə, Allahla dünyada müamilə edin. Çünki Qiyamətdə heç bir alış-veriş yoxdur.
9. Pul-para, partiya mənsubiyyəti ilə Qiyamət əzabından qurtarmaq olmaz.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 31-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 31-ci ayəsi nə haqqındadır?
İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.
İbrahim ‏ surəsi 31-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 31-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 31-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 31-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 31-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) mənim iman gətirmiş bəndələrimə de ki, heç bir alış-verişin və dostluğun olmayacağı gün çatmamış namazı bərpa etsinlər, onlara verdiyim ruzidən gizlində və aşkarda infaq etsinlər.”NöqtələrAşkar infaq (yardım göstərmək) ətrafdakıların tərbiyəsi, başqalarının təşviqi və böhtandan yaxa qurtarmaq üçün təsirli amildir. Gizli infaq isə təkamül və xalislik amilidir. Amma bəzi təfsirçilər belə deyirlər: Aşkar infaq dedikdə, xüms və zəkat kimi vacib ödənclər nəzərdə tutulur. Məxfi infaq ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.