İbrahim ‏ surəsi · 24-cü ayə

Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak, xoş söz kökü möhkəm, budaqları səmada pak bir ağac kimidir.”

Nöqtələr
"Şəcərətin təyyibə”, yəni pak ağacın müəyyən səciyyələri var: inkişaf, bol bəhrə, kölgə, möhkəmlik, daimi səmərə. Müvəhhid (təkallahçı) insan da daim səydədir, onun danışıq və əməllərində imanının əsərləri görünür. Onun etiqadı mövsümi yox, daimidir və başqalarını imana, xeyir əmələ dəvət edir.
Rəvayətlərdə və təfsirlərdə "kəlimətən təyyibə” ilə bağlı bir çox nümunələr zikr olunur: tövhid, iman, düzgün əqidə, səmavi rəhbər və vəfalı tərəfdarlar. Bəli, tövhid insanın fitrətində və ruhunun dərinliyində qərarlaşmış sabit bir bünövrədir. Tövhidin insanın bütün əməllərinə, danışıqlarına və düşüncələrinə təsiri var. Belə bir insan hər vaxt, bütün eniş-yoxuşlarda iman meyvəsindən bəhrələnə bilər.
Tövhid ağacının sabit kökü var. Hədələr, qurğular, acılı-şirinli hadisələr, zalım qüvvələr bu ağacı yerindən tərpədə bilmir. Rəvayətlərdə bu ağac Peyğəmbər və onun Əhli-beyti kimi təfsir olunur. Bu səbəbdən də, Məhəmməd (s) dini və onun Əhli-beytinin yolu bir bu qədər düşmən qarşısında genişlənməkdə, dünyanı bürüməkdədir.
Bildirişlər
1. Quranın məsələlərinə diqqətli olaq.
2. Həqiqi əqidə pak sözdür. ("Kəlimətən təyyibə”) Bu sözün kökü sabit möminlərin qəlbindədir. Möminləri bu əqidədə qoruyub saxlamaq Allahın lütflərindəndir.
3. Haqq söz möhkəm, davamlı və dəyişməzdir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 24-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 24-cü ayəsi nə haqqındadır?
Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)
İbrahim ‏ surəsi 24-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 24-cü ayənin təfsiri nədir?
"Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak, xoş söz kökü möhkəm, budaqları səmada pak bir ağac kimidir.”Nöqtələr"Şəcərətin təyyibə”, yəni pak ağacın müəyyən səciyyələri var: inkişaf, bol bəhrə, kölgə, möhkəmlik, daimi səmərə. Müvəhhid (təkallahçı) insan da daim səydədir, onun danışıq və əməllərində imanının əsərləri görünür. Onun etiqadı mövsümi yox, daimidir və başqalarını imana, xeyir əmələ dəvət edir.Rəvayətlərdə və təfsirlərdə "kəlimətən təyyibə” ilə bağlı bir çox nümunələr zikr olunur: t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.