İbrahim ‏ surəsi · 23-cü ayə

İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"İman gətirib saleh işlər görənlər ağacları altından çaylar axan bağlara daxil olarlar. Onlar öz Rəblərinin izni ilə orada həmişəlik qalarlar. Onların bir-birinə xoşgəldini "salam” olar.”

Nöqtələr
Qiyamətdə haraya baxsan salamdır: behişt əhlinə Allahın salamı, möminlərə mələklərin salamı, behişt əhlinin bir-birinə salamı.
Bəzən bir yerə insan özü gedirsə, bəzən də onu xüsusi dəbdəbə ilə aparırlar. Bu ayədə Allah-təala bildirir ki, behişt əhli behiştə adi şəkildə daxil olmaz, onları hörmətlə, dəbdəbə ilə apararlar. Amma cəhənnəm əhlinin əzaba doğru işgəncə ilə aparılacağı bildirilir: "Onu tutun, bağlayın, sonra da cəhənnəmə atın.”
Cəhənnəm əhli bir-birinə nifrət edir, bir-birini lənətləyir. Behişt əhli isə bir-birini salamlayır.
Behiştdə müxtəlif arxlar var: su arxı, süd arxı, behişt içkisi arxı, bal arxı.
Bildirişlər
1. Xeyir əməl sahibi olan möminlər daim behiştdə qalacaqlar.
2. Behişt əhli didişmə və nifrət yox, səfa-səmimiyyət və salam əhlidir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 23-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 23-cü ayəsi nə haqqındadır?
İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.
İbrahim ‏ surəsi 23-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 23-cü ayənin təfsiri nədir?
"İman gətirib saleh işlər görənlər ağacları altından çaylar axan bağlara daxil olarlar. Onlar öz Rəblərinin izni ilə orada həmişəlik qalarlar. Onların bir-birinə xoşgəldini "salam” olar.”NöqtələrQiyamətdə haraya baxsan salamdır: behişt əhlinə Allahın salamı, möminlərə mələklərin salamı, behişt əhlinin bir-birinə salamı.Bəzən bir yerə insan özü gedirsə, bəzən də onu xüsusi dəbdəbə ilə aparırlar. Bu ayədə Allah-təala bildirir ki, behişt əhli behiştə adi şəkildə daxil olmaz, onları hörmətlə, dəbdəb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.