İbrahim ‏ surəsi · 22-ci ayə

(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ 03.12.2025

"Mükafat və cəza başa çatdıqdan sonra (şeytan) cəhənnəm əhlinə (məzəmmətlə) deyər: "Həqiqətən, Allah sizə doğru vəd verdi, mən isə sizə verdiyim vədə xilaf çıxdım. Mən sizə hakim deyildim. Yalnız sizi dəvət etdim və siz qəbul etdiniz. Belə isə məni yox, özünüzü məzəmmət edin. (Bu gün) nə mən sizin dadınıza çatanam, nə də siz mənim dadıma çatansınız. Bundan öncə məni Allaha şərik qoşmağınızdan zara gəlmişəm. Şübhəsiz, zalımlar üçün dərdli əzab var.”

Nöqtələr
Günahkar qiyamətdə çabalayar ki, öz günahlarına şərik tapsın və xətalarını başqasının boynuna atsın. O bəzən "pis yoldaş məni azdırdı”, bəzən "azğın rəhbər məni yoldan çıxardı”, bəzən "şeytan məni aldatdı” deyər. Şeytan isə belə cavab verər: "Məni məzəmmət etməyin, mənim işim yalnız vəsvəsə və dəvət olub. Azğınlığınız özünüzdəndir.”
Şeytanın insana hakim olmamasını Allah da təsdiqləyir. Allah-təala buyurur ki, şeytan mənim xalis bəndələrimə hakim deyil.
Bildirişlər
1. Allahın vədləri haqdır və gerçəkliyə uyğundur.
2. Şeytan öz vədləri ilə insanı aldadır.
3. Şeytan insanı məcbur etmir, onun işi vəsvəsə və dəvətdir.
4. Hətta şeytan belə günahkar insanı məzəmmət edir.
5. Məzəmmət insanın azadlığını göstərən dəlillərdəndir. Əgər insan məcbur olsaydı, məzəmmət edilməzdi.
6. Günahınızı şeytanın boynuna atmayın.
7. Batil rəhbərlər və onlara tabe olanlar bir-birlərindən üz döndərərlər. Şeytan insanların günahına şərik olmasından imtina edər. Yolunu azmış ardıcıllar isə öz rəhbərlərinə deyərlər: "Əgər dünyaya qayıtmağımız üçün fürsət olsaydı, biz də sizdən üz çevirərdik.”
8. Allahdan qeyrisinə itaət şirkdir.
9. Şeytanın dəvətlərini qəbul etməsi insanın özünə və əqidə məktəbinə zülmdür.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 22-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 22-ci ayəsi nə haqqındadır?
(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin ü...
İbrahim ‏ surəsi 22-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 22-ci ayənin təfsiri nədir?
"Mükafat və cəza başa çatdıqdan sonra (şeytan) cəhənnəm əhlinə (məzəmmətlə) deyər: "Həqiqətən, Allah sizə doğru vəd verdi, mən isə sizə verdiyim vədə xilaf çıxdım. Mən sizə hakim deyildim. Yalnız sizi dəvət etdim və siz qəbul etdiniz. Belə isə məni yox, özünüzü məzəmmət edin. (Bu gün) nə mən sizin dadınıza çatanam, nə də siz mənim dadıma çatansınız. Bundan öncə məni Allaha şərik qoşmağınızdan zara gəlmişəm. Şübhəsiz, zalımlar üçün dərdli əzab var.”NöqtələrGünahkar qiyamətdə çabalayar ki, öz güna...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.