İbrahim ‏ surəsi · 16-cı ayə

Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ 16.11.2025

"Bunların (inadkar zalımların) aqibəti cəhənnəmdir və onlara qoxumuş, çirkin su içirilər.”

Nöqtələr
"Vəra” dedikdə aqibət, son başa düşülür.
Bütün peyğəmbərlər qələbə intizarında olmuşlar. Nuh deyirdi: "Pərvərdigara! Mən məğlubam, yardım göstər.” Başqa peyğəmbərlər də Allahdan fəth və qələbə istəmişlər. Onlar deyirlər: "Pərvərdigara! Bizimlə qövmümüz arasında haqq əsasında hökm et.” Kafirlər isə müsəlmanlara belə deyirdilər: "Siz deyirsiniz ki, bir gün qalib gələcəksiniz. Bəs həmin gün nə vaxt çatacaq?” Məhz bu məqamda Qurani-Kərim peyğəmbərlərin qələbəsindən, kafirlərin məğlubiyyətindən və onların düçar olacağı əzabdan söz açır. Kafirlərə qətiyyətlə elan olunur ki, müsəlmanların qalib gələcəyi gün yaxındadır.
Cəhənnəm əhlinin içdiyi maye yanğı gətirir. Bir çox Quran ayələri bu həqiqəti bəyan edir:
a) "Onlara içlərini parça-parça edən qaynar su içirilər.”
b) "Mis kimi ərimiş su ilə qarşılanarlar, onun hərarəti üzlərini bişirər.”
Behişt əhli isə şirin sulu çeşmələr başında yaşayar. Onlar Allahın hazırladığı saf süd və baldan istifadə edərlər və bütün ilahi nemətlərdən bəhrələnərlər.
Tarixi mənbələrdə bildirilir: Bir gün Bəni-Üməyyə zalımlarından olan Vəlid ibn Yəzid ibn Əbdül-Məlik öz gələcəyindən xəbər tutmaq üçün Quran açdı. O "vəstəftəhu...” ayəsini görüb qəzəbləndi və Quranı cırdı. Sonra belə bir məzmunda şer yazdı: "Ey Quran, sən məni inadkar zalım sayıb hədələyirsən? Bəli, mən həmin inadkar zalımam. Mən bu gün səni cırıram ki, qiyamətdə bu işi gördüyümə şahid durasan.”

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 16-cı ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 16-cı ayəsi nə haqqındadır?
Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.
İbrahim ‏ surəsi 16-cı ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 16-cı ayənin təfsiri nədir?
"Bunların (inadkar zalımların) aqibəti cəhənnəmdir və onlara qoxumuş, çirkin su içirilər.”Nöqtələr"Vəra” dedikdə aqibət, son başa düşülür.Bütün peyğəmbərlər qələbə intizarında olmuşlar. Nuh deyirdi: "Pərvərdigara! Mən məğlubam, yardım göstər.” Başqa peyğəmbərlər də Allahdan fəth və qələbə istəmişlər. Onlar deyirlər: "Pərvərdigara! Bizimlə qövmümüz arasında haqq əsasında hökm et.” Kafirlər isə müsəlmanlara belə deyirdilər: "Siz deyirsiniz ki, bir gün qalib gələcəksiniz. Bəs həmin gün nə vaxt çata...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.