İbrahim ‏ surəsi - Ayə: 16

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 16
Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 16. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 16 MÖHSÜN QƏRAƏTİ

"Bunların (inadkar zalımların) aqibəti cəhənnəmdir və onlara qoxumuş, çirkin su içirilər.”

Nöqtələr
"Vəra” dedikdə aqibət, son başa düşülür.
Bütün peyğəmbərlər qələbə intizarında olmuşlar. Nuh deyirdi: "Pərvərdigara! Mən məğlubam, yardım göstər.” Başqa peyğəmbərlər də Allahdan fəth və qələbə istəmişlər. Onlar deyirlər: "Pərvərdigara! Bizimlə qövmümüz arasında haqq əsasında hökm et.” Kafirlər isə müsəlmanlara belə deyirdilər: "Siz deyirsiniz ki, bir gün qalib gələcəksiniz. Bəs həmin gün nə vaxt çatacaq?” Məhz bu məqamda Qurani-Kərim peyğəmbərlərin qələbəsindən, kafirlərin məğlubiyyətindən və onların düçar olacağı əzabdan söz açır. Kafirlərə qətiyyətlə elan olunur ki, müsəlmanların qalib gələcəyi gün yaxındadır.
Cəhənnəm əhlinin içdiyi maye yanğı gətirir. Bir çox Quran ayələri bu həqiqəti bəyan edir:
a) "Onlara içlərini parça-parça edən qaynar su içirilər.”
b) "Mis kimi ərimiş su ilə qarşılanarlar, onun hərarəti üzlərini bişirər.”
Behişt əhli isə şirin sulu çeşmələr başında yaşayar. Onlar Allahın hazırladığı saf süd və baldan istifadə edərlər və bütün ilahi nemətlərdən bəhrələnərlər.
Tarixi mənbələrdə bildirilir: Bir gün Bəni-Üməyyə zalımlarından olan Vəlid ibn Yəzid ibn Əbdül-Məlik öz gələcəyindən xəbər tutmaq üçün Quran açdı. O "vəstəftəhu...” ayəsini görüb qəzəbləndi və Quranı cırdı. Sonra belə bir məzmunda şer yazdı: "Ey Quran, sən məni inadkar zalım sayıb hədələyirsən? Bəli, mən həmin inadkar zalımam. Mən bu gün səni cırıram ki, qiyamətdə bu işi gördüyümə şahid durasan.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ