İbrahim ‏ surəsi - Ayə: 8

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 8
Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər).»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 8. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 8 MÖHSÜN QƏRAƏTİ.

"Musa (Bəni-İsrailə) dedi: "Əgər siz və yer üzünün bütün sakinləri küfr etsəniz (Allaha bir ziyan toxunmaz), çünki Allah (zatən) ehtiyacsızdır və sitayişə layiqdir.”

Bildirişlər
1. Dəvət və təbliğdə iş yalvarış həddinə çatmamalıdır.
2. Öz imanımız və əməlimizlə Allaha minnət qoymayaq. Allah bizim iman və əməlimizə ehtiyaclı deyil.
3. İnsanın iman və küfrü, şükür və nankorluğu Allahın zatına təsirsizdir.
Küfrə düçar olsa bütün kainat
Haqqın ətəyinə düşməz bircə qat.

Müəllif: MÖHSÜN QƏRAƏTİ.