İbrahim ‏ surəsi - Ayə: 3

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 3
O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 3. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 3 MÖHSÜN QƏRAƏTİ.

"(Kafirlər) o kəslərdir ki, dünya həyatını axirət həyatından üstün tutur, (xalqı) Allah yolundan çəkindirir, azdırmaq istəyirlər. Onlar dərin bir azğınlıq içindədir.”
Nöqtələr
Allahın yolunun bağlanması dedikdə təkcə bir-iki iş nəzərdə tutulmur. Yetərsiz təbliğat, aşkar günah, fəsad və qəflət vasitələrinin yayılması, şübhə yaratmaq, ixtilaf yaratmaq, azdırıcı nəşrlər və filmlər, həqiqi dini pis tanıtdırmaq, ləyaqətsiz insanları din nümunəsi kimi təqdim etmək və onlarla bu kimi başqa işlər Allah yolunun bağlanması nümunələrindəndir.
Dünyadan ləzzət almaq olar, amma dünyanı axirətdən üstün tutmaq təhlükəlidir. Çünki dünyapərəstlik ibadətə, infaqa, cihada, halal qazanca, sədəqəyə və dini vəzifələrin yerinə yetirilməsinə mane olur.
Bildirişlər
1. Dünyapərəstlik küfr, dinlə mübarizə və zillət üçün zəmindir.
2. Azğınlıqların qaynağı insanın öz əməlidir.
3. İnsan ixtiyar sahibidir, bir yolu o birindən üstün tutub seçim apara bilər. (Amma seçdiyi yol onu zillətə də apara bilər.)
4. Kafirlər üç mərhələ keçirir: əvvəlcə özlərini dünyapərəstliklə aldadırlar; sonra öz əməlləri ilə başqalarını yoldan çıxarırlar; daha sonra var gücləri ilə haqpərəstlərin yolunu əyirlər.
5. Kafirlərin ruhiyyəsi azğınlığa meyl amilidir.
6. Azğınlıqların dərəcələri və mərhələləri var. Azğınlıq dərinləşdikcə haqqa qayıdış çətinləşir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.