"Həqiqətən, sitəmkarlardan (onların həlakından) sonra sizi həmin torpaqda sakin edəcəyik. Bu Mənim məqamımdan çəkinən, vədimdən qorxanlar üçündür.”
Nöqtələr
Allah-təala vəd etmişdir ki, sitəmkarları məhv edib, Öz övliyalarını qüdrətə çatdıracaq. Bu vəd hələ ki tam gerçəkləşmədiyindən imam Mehdinin (ə) zühuru dövründə həyata keçəcək.
Qurani-Kərim dəfələrlə vəd etmişdir ki, Allahın övliyaları yer üzünə hakim olacaq və onların düşmənləri aradan götürüləcək. Bu məqamda üç halı xatırlayırıq:
a) "Həqiqətən, Bizim qoşunumuz qalibdir.”
b) "Bizim peyğəmbərlərə sözümüz qətidir. Onlar qalibdirlər.”
v) "Mənim saleh bəndələrim yer üzünə varis olacaq.” Hər halda haqqın batil üzərində qələbəsi və övliyaların əli ilə ilahi hökumətin təşkili Quranın qəti və təkrar vədlərindəndir.
İlahi zat xeyir və yaxşılıqların qaynağıdır və sevgiyə layiqdir. "Möminlər Allahı daha çox sevirlər.” Gerçək qorxu səbəbi Allahın məqamıdır.
Bəli! Əgər sizin dostunuz hakim olsa və işiniz məhkəməyə düşsə, hakimin sizə dost olmasına baxmayaraq onun ədalətə əsaslanan mühakiməsindən qorxarsınız.
Bildirişlər
1. Kafirlər yer üzünü öz qüdrətlərinin nümayişi üçün meydan sayırlar. Onlar unudurlar ki, yer üzünün hakimiyyəti peyğəmbərlərə və möminlərə məxsusdur.
2. Allah Öz övliyalarına qələbə vəd etmişdir.
3. Peyğəmbərlər təkcə hökmlərin bəyanı və moizə üçün yox, həm də hakimiyyət üçün gəlmişlər.
4. Təqva sitəmkarlaq üzərində qələbə şərtidir.
5. Təsirlərdən yox, Allahın hədələrindən qorxun.