İbrahim ‏ surəsi · 1-ci ayə

Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Qur’an dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 1
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əlif, lam, ra. (Bu,) xalqı Rəbbinin izni ilə zülmətlərdən nura, qüvvət sahibi olan, həmd-sənaya layiq Allaha doğru yönəltməyin üçün sənə nazil etdiyimiz bir kitabdır.”
Nöqtələr
İnsanların zülmətlərdən nura çıxarılması mövzusu Quranda dəfələrlə təkrarlanmışdır. Belə bir yönəltmə bəzən Allaha, bəzən Peyğəmbərə (s), bəzən də kitaba aid edilir.
Küfr, təfriqə, cəhalət, şirk v şəkkə uğramış insan çaş-baş qaldığından bütün bu hallar qaranlığa bənzədilmişdir.
Nur görmə, oyanış, hərəkət və inkişaf vasitəsidir. Bütün bu səciyyələr isə səmavi kitabda və Allah yolunda mövcuddur.
Bildirişlər
1. İnsanların hidayəti üçün Quran təklikdə bəs etmir. Bu işdə ilahi rəhbərə də ehtiyac var.
2. Səmavi kitabların və peyğəmbərlərin göndərilməsi fəlsəfəsi bəşəriyyəti cəhalət zülmətindən elm nuruna, küfr zülmətindən iman nuruna, təfriqə zülmətindən vəhdət nuruna, günah zülmətindən təqva nuruna çıxarmaqdır.
3.Zülmətlər çoxdur, nur isə bir. Haqq birdir, batil isə çox. (Ayədə "nur” sözü tək, "zülmət” sözü isə cəm formada işlədilmişdir.)
5. Peyğəmbərlər və səmavi kitablar hidayət vasitəsidir. Hidayət yalnız Allahın izni ilə əldə olunur.
6. Allahın yolu qüdrət, yüksəliş və kamal yoludur.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 1-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 1-ci ayəsi nə haqqındadır?
Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Qur’an dünyadakı) insanları onların Rəbbinin ist...
İbrahim ‏ surəsi 1-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 1-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 1-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 1-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 1-ci ayənin təfsiri nədir?
"Əlif, lam, ra. (Bu,) xalqı Rəbbinin izni ilə zülmətlərdən nura, qüvvət sahibi olan, həmd-sənaya layiq Allaha doğru yönəltməyin üçün sənə nazil etdiyimiz bir kitabdır.”Nöqtələrİnsanların zülmətlərdən nura çıxarılması mövzusu Quranda dəfələrlə təkrarlanmışdır. Belə bir yönəltmə bəzən Allaha, bəzən Peyğəmbərə (s), bəzən də kitaba aid edilir.Küfr, təfriqə, cəhalət, şirk v şəkkə uğramış insan çaş-baş qaldığından bütün bu hallar qaranlığa bənzədilmişdir.Nur görmə, oyanış, hərəkət və inkişaf vasitəsid...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.