Hud surəsi - Ayə: 97
Hud surəsi 97. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 97 MÖHSÜN QƏRAƏTİ.
“Fir`on və onun qövmünün ə`yan-əşrafına doğru (elçi göndərdik). Onlar
(Musanın də`vətini qəbul etmək əvəzinə) Fir`onun əmrinə tabe oldular.
Halbuki Fir`onun göstərişi faydalı deyildi.”
Nöqtələr
◘Qur`anda həzrət Musa və Bəni-İsrail haqqında nazil olmuş ayələr bütün digər
mövzulardakı ayələrdən çoxdur. Həzrət Musa Qur`anın 30-dan çox surəsində yüz
otuz dəfədən çox xatırlanır. Uyğun mövzu bu surədə ən xülasə şəkildə bəyan
olunmuşdur.
◘“Sultan” dedikdə səltənət, hökmranlıq başa düşülür; bu söz bə`zən zahiri
hökmranlıq, bə`zən də məntiqi hökmranlıq mə`nasını ifadə edir.
Bildirişlər
1. Allah tərəfindən gəlmiş nümayəndələrin iddialarının nişanə və dəlilləri
olmalıdır.
2. Peyğəmbərlərin məntiq və mö`cüzəsi bütün xalq üçün aydın və anlaşılasıdır.
3. Peyğəmbərlərin be`sətinin mühüm fəlsəfələrindən biri zalım qüvvəni aradan
götürmək, bəşəriyyəti başqalarına bəndəçilikdən xilas etməkdir.
4. Xalqın çoxu zalım qüvvələrin ətrafında olmuşdur.
5. Zalım qüvvələrin təbliğ şüarlarını boykot etmək lazımdır. Fir`on xalqı
aldadaraq onları doğru yola çəkdiyini bildirdiyindən, Allah-təala bu ayədə cavab
olaraq bəyan edir ki, Fir`on qurtuluşa aparmırdı.
6. Elm və mə`rifət azğınlığın qarşısının alınması üçün bəs etmir. (Musa dəlillər
gətirsə də, xalq Fir`ona itaət edirdi.)