Hud surəsi - Ayə: 87

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 87
Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 87. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 87 MÖHSÜN QƏRAƏTİ.

“(Mədyən camaatı) dedi: “Ey Şüeyb! Namazın sənə əmr edir ki, (biz)
atalarımızın pərəstiş etdiyini boşlayaq? Həm də malımızı istədiyimiz kimi
sərf etməyək? Sən ki, dözümlü və dərrakəlisən! (Bizdən istədiklərin nədir?)”


Bildirişlər
1. Bütün peyğəmbərlər müxaliflərlə qarşı-qarşıya gəlmişlər.
2. Ötən dinlərdə də namaz olmuşdur.
3. Namaz Şüeyb ayininin bariz nümunəsidir.
4. Həqiqi namaz insanı başqalarının hidayətinə, “əmr be mə`ruf” və “nəhy əz
münkərə” vadar edir.
5. Aşkar dəlillərə göz yumub ata-babaların yanlış əqidəsinə təqlid etmək bir
çox azğınlıqların qaynağıdır.
6. Din nə siyasətdən, nə də iqtisadiyyatdan ayrıdır.
7. Peyğəmbər ayinləri qeyd-şərtsiz, heyvani azadlığı inkar edir.
8. Bir şeyə sahib olmaq onu istənilən bir istiqamətdə sərf etmək üçün dəlil ola
bilməz. (Şüeyb qanunlarında məsrəfə nəzarət qanunu vardı.)
9. Bə`zən müxaliflər bizi susduğumuz üçün tə`rifləyir.
10. Müxaliflər bə`zən istehza olaraq tə`rifləyirlər.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.