Hud surəsi - Ayə: 9

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 9
Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 9. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 9 MÖHSÜN QƏRAƏTİ.

"Əgər insana Öz tərəfimizdən bir nemət daddırsaq, sonra onu geri alsaq, şübhəsiz, o, ümidsiz və naşükür olacaq.”
Nöqtələr
Nemətin verilməsi məhəbbət, geri alınması qəzəb kimi başa düşülməməlidir. Bütün bunlar sadəcə ilahi sınaq ola bilər.
İnsan ilahi hikmət və məsləhətdən xəbərsiz olduğundan, tələsik mühakimə yürüdən və məyus olub küfrə uğrayandır.
Bildirişlər
1. İnsan nemətlərdən yalnız dadmaq həddində faydalana bilir.
2. İlahi nemətlər bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir.
3. İnsanın bəhrələnməsi uzun çəkdikdə qürrələnməməlidir.
4. Həm vermək, həm də geri almaq Allahın əlindədir.
5. İnsanı rəhmətdən məhrum etmək Allaha ağır gəlir.
6. İnsanın tutumu azdır. O, nemətləri əldən verdikdə məyus olur.
7. Dünya şirinlikləri Allaha olan imanımıza təsir etməməlidir.
8. İlahi rəhmətdən ümidsizlik küfr və naşükürlüyün müqəddiməsidir. 
Müəllif: MÖHSÜN QƏRAƏTİ.