"Rəbbinizdən bağışlanma diləyin və Ona doğru qayıdın ki, sizi müəyyən bir müddət xeyir bəhrəyə çatdırsın, fəzilətinə görə artırsın. Əgər üz döndərsəniz, şübhəsiz mən böyük günün sizə əzabından qorxuram.”
Ötən ayədə tövhid haqqında danışıldı. Bu ayədə isə Allaha doğru qayıdış və tövhid yolunu tutmaq mövzuları bəyan olundu.
"Mətaən həsənən”, yəni ruhi aramlıqla müşayiət olunan xoş bir həyat deməkdir. Halbuki başqaları maddi baxımdan rifah içində yaşasalar da, Allah zikrindən uzaq düşdükləri üçün acı bir ömür sürürlər.
1. Peyğəmbərlərin vəzifələrindən biri azğınların tərbiyəsidir.
2. İnsan nə qədər ki, günah yükünü yerə qoymayıb, haqqa doğru pərvaz edə bilməz.
3. Günahdan uzaqlaşmaq kafi deyil, Allaha doğru hərəkət də lazımdır.
4. Tövbə vacibdir.
5. Günaha görə tövbə qılmaq Allahın maddi nemətlərinin nazil olmasına səbəb olur.
6. Kafirlərin və günahkarların ixtiyarında olan imkan fitnə-fəsad yolunda sərf olunduğundan bərəkətsiz sayılır.
7. İslam dini gözəl yaşayışa diqqətlidir.
8. İman və tövbə insanın həyatının ölüm gününədək sığortalayır.
9. Tövbə həm keyfiyyət, həm də kəmiyyətcə üstün bəhrələnmə rəmzidir.
10. Tövbə qəfil ölümlərin qarşısını alır.
11. Ölüm vaxtı insana məchuldur.
12. Qiyamətdə insanların dərəcələri fərqlidir. Dünyada daha çox fəzilət əldə edən şəxs axirətdə daha çox lütfə çatır.
13. Peyğəmbərlər xalqa can yandırmışlar.
14. Tövbəni tərk etmək böyük (kəbirə) günahdır.