"Bəlkə də sənə vəhy olanın bəzisini (xalqın qəbul etməməsi səbəbindən) tərk edəsən və "nə üçün ona bir xəzinə nazil olmadı və ya onunla bir mələk gəlmədi” dedikləri üçün ürəyin sıxıla. Sən yalnız xəbərdarlıq edənsən və Allah hər şeyə vəkildir.”
Bəzən kafirlər Peyğəmbərdən (s) tələb edirdilər ki, Məkkə dağlarını möcüzə ilə qızıla çevirsin. Ya da onun təsdiqi üçün mələk gəlməsini istəyirdilər. Bəziləri də qəlblərindəki kin-küdurət səbəbindən Həzrət Əli (ə) ilə bağlı Peyğəmbər (s) buyruqlarını qəbul etmək istəmirdilər. Bu səbəbdən də Peyğəmbərin (s) qəlbi sıxılırdı. Beləcə, ilahi göstərişlərin bəyanı təxirə salınırdı. Amma bu təxir Peyğəmbərin (s) paklığına zidd deyildi. Bəzən ilahi göstəriş ilahi məsləhətə xatir dərhal bəyan olunmaya bilər. Amma bu ayə vasitəsi ilə bütün mülahizələr kənara qoyuldu və ayə qətiyyətlə elan olundu.
Ola bilsin ki, vəhyin bəyan olunmasının tərki yalnız hidayətinə ümid bəslənilməyən inadkar fərdlərə aid idi. Amma Allah-təala göstəriş verdi ki, onlar iman gətirməsələr də, Peyğəmbər (s) öz vəzifəsini tərk etməsin.
Ayə başqa cür də mənalandırıla bilər: kafirlər o qədər biganə idilər ki, sanki onlara vəhy oxunmamışdı. Beləcə, Peyğəmbərin (s) qəlbini sıxan bəzi ayələrin bəyanının tərki fikri ola bilər.
1. Təbliğatçı Allah kəlamının bəyanında qətiyyətli olmalıdır. Xalqın bəhanələri heç bir vəchlə nəzərə alına bilməz.
2. Dəvət zamanı "sən beləsən” əvəzinə "məbada belə olasan” təbirini işlədək.
3. Kafirlər fiziki əziyyətlərdən əlavə, müxtəlif bəhanələri ilə Peyğəmbəri (s) sıxıntıda saxlayırdılar.
4. Xalqın ağlı onun gözündədir. Onlar risaləti yalnız var-dövlətlə birlikdə qəbul edirlər.
5. Biz nəticəyə yox, vəzifəmizi yerinə yetirməyə zaminik. Sən vəzifənə əməl et, qalan işləri Allahın öhdəsinə burax.
6. Təbliğatçının vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır.
7. Möcüzələrin gerçəkləşməsi xalqın istəyi, Allahın işidir.