Hud surəsi - Ayə: 10

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 10
Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda fərəhlənər və çox öyünər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 10. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 10 MÖHSÜN QƏRAƏTİ.

"İnsana çətinlik və möhnətdən sonra bir nemət daddırsaq, (qürrələnib) deyər: "Həqiqətən, çətinliklər məndən kənarlaşdı. Şübhəsiz, o, sevinib öyünəndir.”
Nöqtələr
Dövran həmişə bir cür olmur. Rəvayətlərə əsasən zəmanənin iki üzü var: bəzən səninlədir, bəzən sənə qarşı. Sənin xeyrinə olduqda qürrələnmə, zərərinə olduqda səbir et. Çünki hər iki halda ilahi sınaqdasan.” 
Çətinlik və müşküllərdən sonra insana çatan nemətlər onu lovğalığa yox, şükrə sövq etməlidir.
İki şey şadlığı təhlükəli edir: yanlış təhlil və başqalarının təhqiri.
Bildirişlər
1. İnsan tutumsuzdur. Azca nemət əldə edən kimi qürrələnir.
2. Quranın xüsusi bir vəzni və ahəngi var.
3. Çətinliklər və şadlıqlar ötəridir.
4. İnsan düşünsə ki, bir daha çətinliklə üzləşməyəcək, səhv edir.
5. Elə düşünməyək ki, nemət əldə etməyimiz Allahın məhəbbətini göstərir. Deməyək ki, bir daha çətinliyə düşməyəcəyik.
6. Yanlış təhlil və baxış yanlış rəftara aparır. Özündə pislik görməyən insan qürrələnir.
7. Bəzi insanların şəxsiyyəti kövrəkdir və xarici hadisələrlə müəyyənləşir. Əslində isə daxili kamillik dəyərdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.