Hud surəsi - Ayə: 8

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 8
Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 8. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 8 MÖHSÜN QƏRAƏTİ.

"Əgər əzabı məhdud bir müddət onların üzərindən götürsək, (məsxərə ilə) deyərlər: "Bizə əzabın qarşısını hansı əməl aldı?" Bilin ki, qəhr və əzabımız onların sorağına gələn gün geri götürülməz. Məsxərə etdikləri şey onları yaxalayar.”
Nöqtələr
"Ümmət” dedikdə, müştərək hədəfə malik dəstə və ya zaman nəzərdə tutula bilər. Məhdud bir müddət dedikdə, müəyyən və məhdud zaman nəzərdə tutulur. Bu təbirlə "Yusuf” surəsinin 45-ci ayəsində də rastlaşırıq: "Məhbus azad olub bir müddət sonra Yusifi yada saldı.”
Bəzi rəvayətlərə əsasən "məhdud müddət” təbiri həzrət Mehdinin (ə) qiyam dövrünə işarə ola bilər. Yəni Allah-təala həmin vaxtadak ümmət üzərindən əzabı götürmüşdür. 
İlahi əzabın təxirə düşməsində faydalar var. Belə bir təxir günahkara tövbə fürsəti verir, günahkar valideynlərdən mömin övladlar doğulur. Bundan əlavə saleh fərdlərin varlığı və onların duaları ilahi əzabın təxirə düşməsinə səbəb olur.
Bildirişlər
1. Allah Öz işləri üçün vaxt müəyyənləşdirmişdir.
2. Allahın qəhr-qəzəbi təxirə düşə bilər.
3. Əzabın təxirə salınması Allahın lütf nişanələrindəndir. Bunu Allahın zəifliyi kimi qəbul edib məsxərəyə qoyanlar yanılırlar.
4. Məsxərə edənlər Allahın qəzəbindən qurtulmazlar.
5. Allahın verdiyi möhlət bizi qürrələndirməsin. İlahi əzab təxirə düşsə də, ləğv olunmaz.
6. Dini inancların məsxərəyə qoyulması kafirlərin xasiyyətidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.