Hud surəsi - Ayə: 81
Hud surəsi 81. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 81 MÖHSÜN QƏRAƏTİ.
“(İş bu yerə çatdıqda qonaqlar) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin
elçiləriyik. (Bizə görə narahat olma, çünki) onlar heç vaxt sənə əl uzada
bilməyəcəklər. Gecənin bir vaxtı ailəni (bu məmləkətdən) çıxar və sizdən heç
biriniz (arxaya) dönüb baxmasın. Amma zövcəni (özünlə götürmə, çünki)
hamıya çatacaq bəladan ona da yetişəcək. Həqiqətən, onların (məhv) vaxtı
sübhdür. Sübh yaxın deyilmi?!”
Nöqtələr
◘“İsra” kökündən olan “əsri” sözü gecə hərəkət mə`nasını bildirir.
◘“İlləmrəətəkə” cümləsi ya Luta zövcəsindən savay öz əhlini gecə köçürmək
əmrini verir, ya da zövcəsindən savay kimsənin geriyə baxmamasını tapşırır.
Lutun zövcəsi həmin məntəqədən çıxarkən günahkar qövmə görə nigaran
olduğundan köçdən geri qaldı və nəticədə əzaba düçar oldu.
Bildirişlər
1. Allah bir qövmü həlak etməmiş onun peyğəmbərini xəbərdar edir.
2. Mö`min o qədər cəld və ruhi hazırlıqlı olmalıdır ki, qısa bir müddətdə yerini
dəyişə bilsin.
3. İnqilab və günahkar məntəqənin məhvi zamanı mal-mülk və ev əşyalarına
vaxt ayırmayaq.
4. Peyğəmbərlə qohumluq qurtuluş səbəbi deyil.
5. Dəyər sistemi qohumluq yox, ləyaqət prinsipi üzərində qurulmuşdur.
6. İnsanlar yol seçimində azaddır. Hətta peyğəmbərin arvadı belə onun
evindəcə azğınlıq yolunu seçir.
7. Dini şəxsiyyətlərin hesabını qohum-əqrəbanın hesabından ayıraq.
8. Allah hər bir iş üçün vaxt müəyyənləşdirmişdir.
9. Allahın qəhr-qəzəbi üçün tələsməyək.